Qazaxda müəllim kimin var yoxunu söydü?-VİDEO-18+

Qazaxda müəllim kimin var yoxunu söydü?-VİDEO-18+
Yerli icra strukturlarının vətəndaşları incitməyi deyərdim ki,adi hala çevrilib.Son vaxtlar isə artiq yerli məmurlar yerlərdə olan icra strukturlarından cana yığılıb, dilə gəliblər.Yaxın günlərdə redaksiyamıza çox maraqlı bir səs yazısı təqdim olunub.Qazax rayonu Xanlıqlar kəndi şəhid V.Süleymanov adına Qazax peşə liseyinin direktoru vətəndaşın yeni tədris ili təbrikinə, aqressiya və giley dolu cavab verib.Əhməd müəllim dərs qrup bölgüsü,saatlar verilmədiyini ona imkan verməyən strukturlarının ünvanına 18 + söyüş ifadə edib.

Hətta Qazax rayon İcra Başçısının hamını mələtdiyini, camaatı işləməyə imkan vermədiyini vurugulayib. Direktor onuda qeyd edib ki,məktəb qəzalı və baxımsız vəziyyətdədir. Rəcəb Babaşov aqressiv davranışı , kobud rəftarı haqqinda yazilara və şikayətlərə mətbuatda tez-tez rast gəlirik. Məsələ ilə bağlı Qazax rayon icra hakimiyyəti ilə əlaqə saxladiq və cavab istədik. Əvvəl Gülayə xanım bizi dinləyib hec bir cavab verə bilmədi,daha sonra Qazax rayon icra hakimyyətinin başçısı Rəcəb Babaşova sual verdikdə "məsələ araşdırılır hecnə deyə bilmərik" dedi. Bizə maraqlı gəldi axi Əhməd müəllimin bu aqressiyasi hardan qaynaqlanır?
Bu suali cənab başçıyada, Gülayə müəlliməyədə verdikdə onlar cavab əvəzinə sualın ətrafında gəzdilər.Bir həftədə bunlar nəyi araşdırır bilmədim.Hətta jurnalist icra hakimiyyətinə daxil olduqda bloknot ,telefon hər şey əlindən alinir sanki "MTN" sorgusuna gəlib ,az qaliblar soyundurub icəri burxsanlar.Sualim prezident adminstrasyasinadir, jurnalist qələmi, diktafonu ,bloknotu olmadan necə aciqlama ala bilər?Kim onlara bu səlahiyyəti verib ki,jurnalisti bu tərzdə qəbul etsinlər?

Bir sözlə Qazaxda aidiyyati qrumlardan cavab ala bilmədik .Görəsən var yoxu söyülən kim oldu?Sizə maraqlı olan kimi bizədə maraqlı oldu.bakupress.az

Daha geniş videomatrialdan izləyin..





Tarix: 27-09-2018, 09:37
Xəbəri paylaş





Xəbər lenti