Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi işdən çıxarılıb


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Elməddin Cəfərov işdən çıxarılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Digər əmirlə E.Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.

Tarix: 6-10-2018, 14:50
Xəbəri paylaş





Xəbər lenti