Gəncə, Tovuz bölgələrində icra hakimləri dəyişdikdən sonra növbə bu zonada Göygölə çatmağa yaxınlaşır. Beyləqanın icra başçısı da vəzifəsindən çıxarıldıqdan sonra əminlik yarandı ki, artıq həm veteran, həm də narazılıq çox yaradan məmurlarla vidalaşırlar.
Cahan.info-nun dia.az-a istinadən məlumatına görə, Göygöl Rayon İcra Hakimiyyətibaşçısı Arif Seyidov vəzifəsindən sui-istifadə edənlər siyahısında ön sıralarda gəlir. Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib.
Sakinlər bildirirlər ki, Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir. Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra Hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar.
Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir.
Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir. Dia.az onu da yazıb ki, rayonda bir neçə il bundan əvvəl və keçən il narkomaniyaya qarşı tədbirlər zamanı həbs olunanlar icra başçısının yaxın qohumları çıxıb.
Bir neçə il əvvəl Göygöl rayonunda bir gəncin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib. Bizim Yol qəzeti yazmışdı ki, cinayəti törədən şəxs isə adıçəkilən rayonun icra hakimiyyətinin başçısı Arif Seyidovun oğlu Sabir Seyidovdur. Yəni, Seyidovlar Göygöldə belə ad çıxarıblar.
Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb. Bundan başqa, Göygöl rayon sakinlərinin içməli su təchizatında biabırçı durum yaşanır. Bir neçə gündür sakinlər ələ salınır, evlərdəki smart tipli sayğaclara pul ödəyib guya ağ, təmiz ekoloji saf su gözləyən biçarələr palçıqlı, bulanıq suya görə hər gün "Azərsu"ya lənət yağdırırlar.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, 2014-cü il yanvarın 21-də Göygöl rayonuna içməli suyun verilməsi mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyevə deyilən məlumatlar, verilən vədlər "nədənsə" puça çıxdı. Belə ki, həmin mərasimdə ölkə rəhbərinin hüzurunda əhaliyə 24 saat fasiləsiz və ekoloji cəhətdən təmiz su təminatına dair öhdəlikləri nağıla çevirdilər. Neçə ildir ki, nə fasiləsiz su, nə də ekoloji təmiz su məsələsi reallaşmadı.
Yerli dövlət rəsmiləri, xüsusilə rayon İHB-nin başbilənləri isə özlərinin və ailə üzvlərinin içməli su tələbatını marketlərdə satılan, xüsusi qablaşdırılmış bahalı sularla ödəyirlər. Və belə olan halda da, Göygölün pullu və harın məmurları icra başçısı Arif Seyidovun timsalında illərdir bu durumu görməzlikdən gəlirlər. Şikayətlərin və giley-güzarın xeyri yoxdur.
Cahan.info-nun media üzərindən araşdırmalarına görə, hazırda Göygöl rayonuna rəhbərlik edən Arif Seyidovun diplomu da saxtadır. Azərbaycan kənd təsərrüfatı institutunun iqtisadiyyatını bitirən Arif Seyidov sonradan saxta yolla Gürcüstan Dövlət Aqrar Universitetinin hüquq fakultəsinin diplomunu əldə edib.
Əslində icra başçısı ola bilməsi üçün ona elə bir ali təhsili yetərli idi. Amma nədənsə Arif Seyidov «hüquqşünas» kimi də tanınmaq istəyib və o, həmin diplomu zamanında 15 min ABŞ dollarına satın alıb. A.Seyidovun fəaliyyətsizliyi nəticəsidir ki, Göygöl kimi turizm potensialı olan, sahibkarlıq, iş yerləri üçün münbit şərait olan bölgə tənəzzül etməkdədir.
Prezident A.Seyidova Göygölü həvalə edib ki, insanların istəklərini təmin etsin. Elə Göygöl RİH-nin rəsmi saytına nəzər yetirəndə də fəaliyyətsizlik hiss olunur. Ərazilər qarış-qarış satılıb, torpaqlar məmurlar arasında bölüşdürülüb. Hara baxsan məmur villası, milyonçu evləri və hasarlamış ərazilərdir.
A.Seyidov Gəncənin keçmiş icra hakimi Elmar Vəliyevə böyük ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib. Bir neçə ay əvvəl Göygöl sakini xalqxeber.Az-a şikayət məktubunda icra başçısını ifşa etmişdi və yuxarıda yazılanlar bir daha təsdiqlənirdi.
“Mərhəmətli və qüdrətli hökmdar Arif Seyidova müraciət.Mən Allahverdiyeva Laçın Əsəd qızı, Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. 20 ildir əkib becərdiyim torpaq sahəmi Arif Seyidovun Üçtəpə kəndində at oynadan adamı Rza Məmmədov əlimdən almaq üçün min cür hoqqalardan çıxır.
Bu məmurunuz ağlını "7 şirvandan" torpaqlarını əlindən aldığı, çarəsiz haqqını-hüququnu bilməyən Üçtəpə sakinlərinə verib. Rza Məmmədov gözün doysun, kəndin yarısı sənin mülkiyyətindədir. Sən bələdiyyəsən, KƏNDXUDA deyilsən. Kəndin BƏYİ deyilsən.
Cənab Başçı, əgər Üçtəpə bələdiyyəsinin sədri, məndən istədiyi sovqatı Sizə verəcəksə deyin bilim işimi? Yox əgər elə deyilsə bu işi həll edin.
Qüdrətli hökmdarımız Arıf Seyidov, Siz necə qüdrət sahibisiniz ki, Üçtəpə bələdiyyəsi Rza Məmmədov Sizi eşitmir? Yox əgər Rza Məmmədov Sizin göstərişinizlə mən biçarəni əzirsə deyin işimi bilim? Cənab başçı, Siz axı təkcə Rza Məmmədovun yox, həmdə bütün Göygöllülərin başçısısınız, həmçinin də mənim.
Cənab Başcı bu rayon Sizin və Üçtəpədəki canişininiz Rza Məmmədovun deyil axı. Sizin qəbulunuzda dəfələrlə olmuşam, hər dəfə də bu məsələni həll edəcəyinizi bildiribsiniz, ancaq heç bir əməli tədbir görməyibsiniz.
21 May 2018-ci ildə vətəndaşların qulluqçusu olmalı olan Rza Məmmədovunuz məni əmiranə formada yanına çağırıb təhdid edir, qorxudur.
Qüdrətli Arif Seyidov Üçtəpədəki vassalınız olan Rza Məmmədova deyin ki, Göygöl rayonundakı dərəbəyliyə baxmasın, bu ölkə dərəbəylik deyil. Bu ölkədə qanunlar işləyir.
Rayonumuzun başçısısınız əgər Rza Məmmədovun etdiklərindən xəbərsizsinizsə, indi xəbərdar olun, bu bələdiyyə sədri mənim torpağımın SAĞINI, SOLUNU, ARXASINI, ÖNÜNÜ sənədləşdirib.
Əgər bu işdən bixəbərsinizsə indi bildiniz, Üçtəpə kəndinə oturduğunuz otaqdan 5 km məsafə var, çoxdandır gəlmirsiniz kəndimizə, gəlin baxın.
Gəlməsəniz və ya nümayəndə göndərməsəniz, əmin olacağam ki Rza Məmmədov etdiyi hərəkətlərdə Sizdən cəsarət alır".
RİH-nin mövqeyini işıqlandırmağa hazırıq.