Ekologiya nazirinin diqqətinə – Qubada meşələr kütləvi şəkildə qırılır- FOTOFAKT

 Quba rayonundakı meşələrdə ağaclar kütləvi şəkildə qırılır. Kivnews.com İnformasiya Portalı xəbər verir ki, rayon ərazisində yerləşən meşə massivində vələs, ağcaqayın ağacları kütləvi şəkildə qırılaraq yeşik hazırlanan sexlərə verilir.
Portalımızın əməkdaşı ağacların kütləvi qırıldığı meşə ərazisində olub və sağlam ağacların necə qırıldığını öz gözləri ilə görüb. Yaxın günlərdə geniş reportaj təqdim edəcəyik. Və biləcəksiniz ki,  yaşıl soyqırımının arxasında kimlər dayanır. Həmçinin oxuyacaqsınız ki,  illər öncə ağacların kütləvi qırğınına göz yumduğuna görə vəzifədən çıxarılan, amma hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində Departament rəhbəri olan şəxsin Qubadakı ağac vandalizmi ilə hansı formada əlaqəsi var.
Tükürpədən faktlar var. Bizi izləyin…
  





 
Tarix: 15-10-2018, 09:41
Xəbəri paylaş





Xəbər lenti