İsmayıllıda məcburi köçkünü canından bezdirən Ədliyyə işçiləri

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.

İsmayıllı şəhəri H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu tərəfindən

MÜRACİƏT

Cənab Prezident!

2001-ci ildə Cəbrayıl rayonundan məcburi qaçqın olan Qasımov Barat Fərhad oğlu atam Hacıyev Babaverdi Piralı oğlunun  tam mülkiyyətində olan M.Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən evdə müvəqqəti yaşamasına icazə verməsini xahiş etmişdir. Atam Babaverdi Haçıyevdə əvəzsiz olaraq Barat Qasımova ailəsi ilə birlikdə bu evdə yaşamasına icazə vermişdir. Amma bir şərtlə ki, atam nə vaxt tələb etsə Barat Qasımov ailəsi ilə birlikdə bu evi boşaldacaq. 2015-ci ildə bu evin boşaldılmasını bu qaçqın ailəsindən tələb etdikdə isə onlar bundan imtina etdilər. Məhkəməyə müraciət etdikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02 mart 2107-ci il tarixli 2(102)-992/2017 nömrəli qərarı ilə atam Babaverdi Hacıyevin iddiası təmin olundu.Yəni hər iki məhkəmə  cavabdehlər Qasımov Barat Fərhad oğlunun və onun ailə üzvüləri Novruzova Şükufə Telman qızının, Qasımlı Nərgiz Barat qızının və Qasımlı Fərhad Barat oğlunun bu evdə çıxarılması barədə qərar verdilər. Ali Məhkəmə qərarında göstərib ki, qərar qəbul edildiyi gündən quvvəyə minir. Amma il yarımdan çox vaxt keçsədə Ədliyyə Nazirliyinin Baş İcra idarəsi və İsmayıllı İcra şöbəsi bu günə kimi süründürməçilik edərək iki məhkəmə qərarlarını icra etməkdən boyun qaçırırlar. Atam Babaverdi Hacıyev bu ilin iyul ayının dördündə Göyçay rayonunda Ədliyyə Naziri Fikrət Məmmədovun qəbulunda olub və nazir bu məsələnin həll olunması üçün şəxsən Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin rəisi Nürəddin Mustafayevə ciddi tapşırığnı verib.  Amma Baş İcra İdarəsinin rəisi Nürəddin Müstafayev  və İsmayıllı İcra İdarəsinin rəisi Taleh Quliyev Ədliyyə Nazirinin tapşırığına məhəl qoymadıqlarına görə müraciətimiz müsbət həllini tapmadı.Dəfələrlə  Atam İsmayıllı İcra Şöbəsinin rəisi Taleh Quliyevin qəbulunda olub.Hər dəfədə  o atama  "cavabdehlərin yerləşdirilməsi üçün yer axtarırıq" deyərk yalan vədlər verir.  

Atam Babaverdi Hacıyev Bu məsələ ilə bağlı Prezident aparatına, Baş Nazirə,  Milli Məclisə,Ədliyyə Nazirliyinə, OMBUDSMANA  dəfələrlə müraciət etsədə heç bir köməklik olunmayıb. Aidiyyatı orqanlara etdiyi müraciətlərin cavabsız qalması, bir Azərbaycan vətəndaşına olunan laqeyidlik onun infarkt keçirməsinə səbəb olub. Hal-hazırda atam Babaverdi Hacıyev reanimasiyadadır.Onun bu hala düşməsinin səbəbkarı Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin rəisi Nürəddin Mustafayev və İsmayıllı İcra Şöbəsinin rəisi Taleh Quliyevdir. Çünki atamın aidiyyatı üzrə müraciət etdiyi orqanlar onun bütün müraciətlərini Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə və İsmayıllı İcra şöbəsinə göndərilib ki, problem öz həllini tapsın. Nürəddin Müstafayev və Taleh Quliyev öz vəzifə borclarını yerinə yetirmək əvəzinə yuxarıda qeyd etdiyim kimi atama yalan vədlər veriblər.

Belə çıxır ki, evimizi zəbt etmiş qaçqınların evsiz qalmasında bizik günahkar? Onların evlərini erməni cəlladları zəbt etdiyinə görə onlarda bizim evimizi zəbt edib, atamı infarkt vəziyyətinə gətirib reanimasiyay salmaqları qanunauyğundur? Azərbaycanın hansı qanununda yazılıb ki, qaçqın digər vətəndasın mülkiyyət hüququnu poza bilər? Hanı Ulu Öndər Heydər Əliyev başda olmaqla komissiya tərəfindən işlənib hazırlanan və xalqın yekdilliklə qəbul etdiyi konstitusiya? Mülkiyətin toxunulmazlığı onun dövlət tərəfindən qorunması.

Cənab Prezident!

Suallarımız çoxdur.Təssüf ki, bu suallarımızı cavablandıran yoxdur. İnanıram ki, bizə bu promlemləri yaradanları cəzalandıracaqsınız.

Hörmətlə: Haçızadə Elvin Babaverdi oğlu.

əlaqə tel: (055) 842 32 92   
Tarix: 17-10-2018, 13:25
Xəbəri paylaş





Xəbər lenti