Daşkəsən Rayon İcra Hakimiyyəti aprel qazisi Arzu Məmmədova qarşı yerli-yersiz növbəti hücuma keçib. Bu dəfə RİH başçısı Əhəd Abıyev qırğılarını qabağa verib.
Cahan.info-nun xəbərinə görə, Daşkəsən Ağsaqqallar Şurası adından heç bir proses olmadığı halda, qəflətən qazi A.Məmmədov əleyhinə mediaya müraciət yollanıb.
Qarabağda hər birimizin, həmin ağsaqqalların, onların ailə üzvlərinin, Ə.Abıyevin təhlükəsizliyi uğrunda döyüşmüş, şikəst olmuş qazimizi dələduz, saxtakar, fırıldaqçı, pulgir çıxarmağa çalışıblar.
Sanki A.Məmmədov aprel döyüşlərinə 4 otaqlı ev almaq məqsədi ilə gedib özünü odun-alovun içinə atıb.
Adları açıqlanmayan “Qırğılar Şurası”nın imzası ilə mətbuata göndərilən müraciətdə Daşkəsən RİH-nə və Ə.Abıyevə yarınmaq üçün ucuz, bayağı sözlərdən istifadə ediblər.
Həmin Şura üzvlərinin adları yox, məktubun altında imzaları yox və belə çıxır ki, müaciət Daşkəsən RİH-nin otaqlarından birində hazırlanaraq saytlara ünvanlanıb.
Lakin bu günlərdə A.Məmmədovla bağlı mediada yeni məlumatlara da rast gəlinmir. O halda Daşkəsən ağsaqallar şurası “soğan yeməyibsə, içi niyə göynəyib?”
İkincisi, A.Məmmədov aprel döyüşlərinə gedəndə bilmirdi ki, düşmən gülləsindən şəhid olacaq, şikəst olacaq yoxsa 4 otaqlı ev veriləcək. Qarabağ qazisinə dövlət tərəfindən hər bir dəstək göstərilir və nə qədər qayğı olsa belə azdır.
Amma Ə.Abıyevin “ağsaqqalları” aprel qazisini dələduz adlandırırlar. Hətta ortada bir cinayət işi varsa, Daşkəsənin icra başçısına və ağsaqqallara nə düşüb ki, mətbuata müraciət göndərirlər?
Müraciətdə deyilir ki, xeyriyyəçi Füzuli Məmmədov qaziyə ev bağışlayıb. Söhbət “Alkopone” ləqəbli məşhur iş adamından gedir. Bunu etiraf etdikləri halda aprel qazisini dələduz adlandırmaqdan da çəkinmirlər.
Sitat: “Arzu Məmmədov ilə İlhamə Bayramova arasında yaranmış mübahisə Gəncə şəhərində əlillər üçün tikilməkdə olan çoxmənzilli yaşayış binasından ona mənzil verilməsi ilə əlaqədar deyil, İlhamə Bayramovanın Arzu Məmmədovun arvadının əmisi qızı kimi hər ay 10 faiz sələm ödəmək şərti ilə 6000 (altı min) manat məbləğində götürdüyü borcla bağlı olmuşdur.
Onlar arasında mübahisə isə uzun müddət sələm borclarının vaxtında qaytarılmamasından sonra yaranmışdır. Həmin xüsusat istintaq zamanı əldə edilmiş sübutlar, o cümlədən telefon və digər texniki qurğular vasitəsi ilə ötürülmüş məlumatların məhkəmə qərarına əsasən əldə edilməsi zamanı tam təsdiqini tapmışdır.
Arzu Məmmədov 2012-ci il tarixdə qısa müddətdə “Kapital Bank” ASC-nin Daşkəsən filialında müdir əvəzi vəzifəsində işləyərkən, dolayı yollarla vətəndaşlara saxta kreditlər vermiş, istintaq orqanları tərəfindən onun fəaliyyəti yoxlanarkən faktlar təsdiqini tapmış və o tutduğu vəzifədən dərhal kənarlaşdırılmışdır.
29.04.2014-cü il tarixdə o, Azərbaycan Resbublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) göndərilmişdir.
Bu gün Arzu Məmmədov Daşkəsən rayon qeydiyyatında deyil, Gəncə şəhərində qeydiyyatda olmuş, hazırda da Bakı şəhəri, Xətai rayonu Çingizxan Kərimov küçəsi ev 10, mənzil 94-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
Həmin mənzil isə ona 2018-ci ilin mart ayında Füzuli Məmmədov adlı xeyriyyəçi tərəfindən onunla bərabər 6 nəfər döyüşlərdə yaralanan şəxsə hədiyyə edilərək 4 otaqlı mənzillə təmin edilmişdirdir”.
Cahan.info-nun xəbərinə görə, Daşkəsənin adları bəlli olmayan ağsaqqallar şurası adından yayılan məktub bir tərəfdən icra başçısına yarınmaqdırsa, ikincisi qulbeçəlikdir.
Məktubun ən iyrənc tərəfinə gəlin diqqət edək: “Arzu Məmmədov bu gün Daşkəsən rayonda yaşamayan, qazi adından ustalıqla istifadə edərək (hazırda minlərlə qazilərimizin olmasına baxmayaraq) Bakı şəhərində 4 otaqlı mənzilə sahib olmuş, bu gün yaralanıb hospitalda yatdığı bir vaxtda hətta valideynləri tərəfindən ölməsi arzulanan bir fırıldaqçı və yalançıdır.
Mənzil arzusuna çatdıqdan sonra indi əlavə 20000 min əldə etmək istəyən bu gəncin növbəti arzusu nə olacaq bilinmir.
Həm də maraqlıdır ki, bu qədər pulu olan bir adam niyə həmin pula Daşkəsən şəhərinin mərkəzində 4 otaqlı mənzil almırdı özünə?
Məlumat üçün bildirək ki, hazırda Daşkəsən şəhərində bu vəsaitə Daşkəsən şəhərində təmirli 3-4 otaqlı ev almaq çox rahatdır”.
Yəni, həmin özünə ağsaqqal deyənlər aprel qazisinə görün hansı ifadələr işlədirlər: ustaqlıqla qazi adından istifadə edib, valideynləri ölümünü arzulayır...
Bu məktubu yazanlar vicdanını itiribsə, Ə.Abıyevə nə olub? Niyə bu məktuba göz atmayıb? Kim aprel qazisinin ölümünə arzulayar?
Hansı valideyn oğlunun ölümünü istəyər? Qazimiz döyüşlərə gedəndə ağlına da gəlməyib ki, bir Əhəd Abıyev var, bir də onun “qırğılar şurası” - yaralanıb qayıtdıqdan sonra onun üsatünə hücuma keçib olmazın hədyanlar yağdıracaqlar.
Bu arada isə minval.info Ə.Abıyevin əməllərindən yazıb. Sayt yazıb ki, Daşkəsənə icra başçısı təyin edildiyi 8 ildə onun gördüyü (əslində görmədiyi) işlər yoxlansa, hansı faktların ortaya çıxacağı əksəriyyətə bəllidir.
Daşkəsən rayonu ucqarda yerləşir. Ermənistanla sərhəddir. Əlverişsiz relyefi, çətin təbiəti var. Orada yaşamaq əslində qəhrəmanlıq tələb edir. Yerli sakinlərə dəstək verilməli, onların həyat şəraiti asanlaşdırılmalıdır.
Bunun üçün dövlət uzun illər Daşkəsən rayonuna ciddi büdcə ayırıb. Lakin Əhəd Abıyev dövlət büdcəsindən ayrılmış 100 milyonlarla vəsaiti lazımi ünvanlara xərcləmir.
Əhəd Abıyev başçı olduğu müddətdə Daşkəsəndə satmadığı torpaq qalmayıb. Xaşbulaq kəndində 1 qarış olsun torpaq qalmayıb.
Ə.Abıyev sotunu 5 min manatdan satıb.O, yerli sakinlərlə də normal davranmır. Vaxtaşırı başçının müharibə veteranları, şəhid ailələri ilə davaları haqda mətbuatda xəbərlər dərc olunur.
Onun sonuncu belə davası aprel döyüşlərində qolunu itirmiş qazimiz Arzu Məmmədovla olub. A.Məmmədov Əhəd Abıyevin ondan rüşvət aldığını, aldatdığını, sonra da təhdid etdiyini bildirib.
Sual olunur, Vətən yolunda qolunu itirmiş qazini ev vermək adıyla aldadıb pulunu mənimsəmiş bir icra başçısı Ermənistanla sərhəddə yerləşən Daşkəsəni necə qoruya bilər?! Nə yaxşı sərhəd rayonlarımızın müdafiəsi tamahkar icra başçılarının ümidinə buraxılmayıb.
Çox şükürlər olsun ki, Azərbaycanın rəşadətli Ordusu Vətən torpağını gecə-gündüz düşməndən qoruyur. Amma Əhəd Abıyev kimi məmurlardan Azərbaycanı necə qoruyaq, bu, hələ aydın deyil.
Avrasiya.net yazıb ki, artıq Əhəd Abıyevin hakimiyyətə açıq şəkildə çıxdığı deyilir. Daşkəsənə ayrılan vəsait azalandan Abıyev orda-burda iqtidarın ünvanına yaxşı-yaman sözlər danışır.
Bu cür etibarsız məmurların sabah bir balaca hakimiyyətin ayağı büdrəyəcəyi təqdirdə hansı mövqe tutacağı indidən bəllidir.
İnanırıq ki, prezident İlham Əliyev təkcə Bakını işğal etmiş məmurlara deyil, rayonları da işğal edən, xalqa zülm edən məmurlara da öz layiq olduqları yerlərini göstəcək.