Göyçayda icra başçısının qohumu qoçuluq edir... - ŞİKAYƏT
Nar bayramına hazırlaşan Göyçay bu gün çox acınacaqlı vəziyyətdədir. Bu haqda redaksiyamıza Göyçaydan daxil olan məktubda məlumat verilir.
Məktub müəllifləri yazır ki, işğal olunmuş rayonlardan Göyçayın fərqi budur ki, rayonu ermənilər deyil, bir ailə işğal edib: İcra Hakimiyyətinin başcısı Mehdi Səlimzadə və qardaşının ailəsi. Keçən il rayona başcı təyin olunandan sonra rayonun qara günləri başaldı. İlk olaraq özünü demokrat və ədalətli göstərən bu şəxs xoruzun quyruğunu sonra göstərməyə başlatdı. İlk olaraq qardaşı oğlu Bakıda tufeyli həyat sürən və buna görədə 5 bıçaq zərbəsi alan, ölümün pəncəsindən son anda qurtaran Səməd Cəbrayılovu Gənclər Mərkəzinə müdür qoydu. 1 neçə aydan sonra Səmədi İcra Hakimiyyətinin Kadrlar Şöbəsinə vəzifəyyə gətirdi. Yerinə isə Gənclər Mərkəzinə Səmədin yeznəsini, yəni qardaşının bazarda kulok satan Famil adlı kürəkənini təyin etdi. Bununla kifayətlənməyən başcı qardaşının yoldaşını Potu kənd məktəbinə direktor müavini təyin etdi. Sonra Bakıda yaşayan baldızı oğlunu Şəhər Nümayəndəliyinə yüksək vəzifəyə təyin etdi. Bundan bir ay sonra ruhi cəhətdən xəstə olan rayonda “pinqivin” adı ilə tanınan Əli adlı qardaşı oğlunu Bələdiyyənin reklam şöbəsində işlə təmin etdi. Sonra rayonda qəssablıqla məşğul olan qardaşı Surxayı Rayon Mərkəzi parkına müdür təyin elədi. Bununla kifayətlənməyən M.Səlim-zadə Səmədin qaynatasını Yaşıllaşdırma İdarəsinə müdür qoydu. Daha sonra isə qardaşının Telli adlı qızını şəhər 5 saylı orta tam məktəbinə direktor müavini təyin elətdirdi. Elə əsil həngamədə bundan sonra başladı".
Məktubda bildirilir: "Fəaliyyətini dayandırmış Təfəkkür Universitetini bitirən Telli xanımı direktor təyin edə bilməyən bu hakim ailə məktəbin direktoru, adlı-sanlı Nüşabə adlı müəlliməni bir neçə gündür ki, rahat buraxmırlar. Bir neçə gün qabaq Tellinin anası Nüşabə müəlliməyə zəng edərək öz ərizəsi ilə direktorluqdan çıxmağını tələb edərək ağır küçə söyüşləri ilə təhqir etmişdir. Bu söyüşlərlə kifayətlənməyən başcının qardaşı oğlu Səməd Nüşabə müəlliməni anası kimi təhqir etmiş və əgər öz ərizəsi ilə işdən çıxmasa başına min bir oyun açacağı ilə hədələmişdir. Səmədin adı Göyçayda məhşurdur.Rayonda ancaq boş yerləri satmaqla ad çıxarıb. Bir neçə ay qabaq Göyçayda uçan körpünü fəsadlarını aradan qaldırmaq üçün komisiya təşkil olunmuşdur. Həmin komisiyanında sədri Rayon İcra Hakimiyyətinin müavini həqiqətəndə rayonun ağsaqqallarından sayılan İkarm Vəliyevə tapşırılmışdır. İkram Vəliyev uçan körpünün yanında duran vaxtı Səməd bura təşrif buyurmuşdur. Lakin İ.Vəliyev Səmədə körpünün üstünə çıxmamağı bildirdikdə Səməd bu iradı özünə sığışdıra bilməmiş və Vəliyevin üstünə hücum çəkərək onu küçə söyüşləri ilə təhqir etmiş və vurmaq istəmişdir. Həmin vaxt burada olan rayon Polis Şöbəsinin Sənan adlı rəisi və Rövşən adlı rəis müavini araya girərək i.Vəliyevi vurulmaqdan xilas edərkən Səməd ağsaqqaldır fikir vermə deyərək Səmədi sakitləşdirmişlər.Yəqin adı bir adam bu hərəkəti etsəydi bəlkədə bu gün həbsdə idi .Bütün bu hadisəni eşidən Başcı İ.Vəliyevi yanına çağıtdıraraq qardaşı oğlundan üzr istətmişdir. Bəli bu gün polisi və rəhbər şəxsləri saya salmayan və onları təhqir edən Səməd yəqin məktəbin direktoru Nüşabə müəlliməni bəlkə də yoxa çıxardar. Bütün bunları bilən Nüşabə müəllimə bu hədə qorxuya görə Ölkə Prezidentinə. Mehriban xanıma ,Təhsil Nazirinə məktub ünvanladıqdan sonra İcra Hakimiyyətinin məsul işçiləri məktəbə təşrif buyurmuş və Nüşabə müəllimədən şikayəti geri götürməsini tələb etmişlər. Əks təqdirdə başının ağrıyacağını bildirmişlər. Biz şikayət edən müəllimələr Nüşabə müəllimənin harayına səs verib ona dəsdək olaraq Prezidentdən və 1-ci Vitse Prezidentdən və hüquq mühafizə orqanlarından xahiş edirik ki, bizi bu azğınlaşmış ailənin zülümndən və gələcəkdə baş verə biləcək hər hansı bir xoşagəlməz hadisədən xilas etsinlər". \\istiqlal.az\\