Beyləqandan şikayət var- “Tender kralı” Qələndərov sahibkarları incidi

 Azərbaycanda bir çox məmurların yerində olmadığı, işlərinin öhdəsindən gələ bilmədikləri qeyri-adi hadisə deyil. Elə bizrnesə qurşanıb, məmurluğa ikinci dərəcəli vasitə kimi baxanlar da az deyil. Mozalan.az xəbər verir ki, Beyləqanda da analoji durum yaşanır. Vəziyyət belədir ki, rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov bütün işləri unudaraq, başını biznesinə qatıb. 

Əvvala onu qeyd edək ki, Beyləqan rayonunda indiyə qədər həyata keçirilmiş tenderlərin böyük əksəriyyəti məhz Məhəmməd Qələndərovun rəhbəri olduğu şöbənin səlahiyyətində olub. Elə bu səbəbdəndir ki, rayondakı tenderlərlə bağlı yeyintilərdə əsasən onun adı halanır.
Beyləqan rayonunun sosial – iqtisadi inkişafına hesablanan dövlət vəsaitlərini də M. Qələndərov saxta tenderlər vasitəsilə «həzm-rabedən» keçirib. Əldə etdiyimiz bilgilərə görə, M. Qələndərov saxta yollarla yaxın qohum, tanış və dostlarını tender müsabiqəsinin mütləq qalibi elan etdirərək şəhərin abadlaşmasına, tikinti, təmir bərpa və digər təyinatlı işlərə ayrılan milyonlarla dövlət vəsaitini  sabiq icra başçısı V. Abdullayevin himayəsi ilə talan edib.
Hazırda rayona başçı təyin edilmədiyindən Qələndərovun əl-qolu bir az da açılıb.
Rayondakı mənbəmiz xəbər verir ki, Qələndərov bələdiyyələrə təzyiq edərək sahibkarlarla bağlanmış müqavilələri ləğv elətdirir. Əvəzində pay torpaqları özünə yaxın şəxslərin adına keçirdir.
Azərbaycan prezidenti İlham Əliyevin sahibkarlığın inkişafı, onlara lazımı şəraitin yaradılması, süni əngəllərin olmaması ilə bağlı sərt ismarıcı isə deyəsən Qələndərova çatmır.
Aldığımız məlumata görə saxta tenderlər, həmçinin rayondakı iri korrupsiya faktları ilə bağlı yaxın günlərdə böyük yoxlama təşkil olunacaq.
Bundan sonra müavinin taleyinin necə olacağını zaman göstərəcək.
Tarix: 30-10-2018, 09:25
Xəbəri paylaş





Xəbər lenti