Rəcəb Babaşov yeni vəzifəyə ümid edir... - Amma...
Bir neçə gün əvvəl mediaya açıqlama verərək gileylənən Binəqədinin keçmiş icra başçısı Xaləddin İsgəndərovdan fərqli olaraq, keçmiş Vergilər Naziri Fazil Məmmədovun digər vəzifə başında olan kadrı - Qazaxın icra başçısı Rəcəb Babaşov özünü daha əmin hiss edir və güman edir ki, ona olan etimad limiti hələ tükənməyib. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir.
Qaynağın iddialarına görə, Rəcəb Babaşov hazırda tutduğu vəzifədən - Qazax RİH başçısı postundan yaxın vaxtlarda alınacağını bildiyindən yeni vəifəyə ümid edir. Mənbənin söylədikləri:
"Hazırda boş qalan rayon başçıları postuna da iddialıdır. Eyni zamanda Bakıya da gəlmək istəyir. Daha çox Səbail rayonuna ümidlidir və güman edir ki, eldar Əzizovun "Baksovet"ə təyinatından sonra boş qalan Səbail RİH-ə rəhbər təyin oluna biləcək. Bunun üçün köhnə əlaqələrini də işə salıb".
Mənbə dia.az-a açıqlamasında onu da əlavə edib ki, əslində Babaşov yeni vəzifəyə ümid etməkdənsə, bundan sonrakı aqibətini düşünsə daha yaxşı olar: "Vergilər nazirliyində işlədiyi dövrdə əldə etdiyi milyonların hesabını verməli olacaq. Bu barədə Mikayıl Cabbarov bir neçə dəfə cəhdlər edib. Amma bu da olacaq. Onda Babaşovu kimsə qurtara bilməyəcək".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...