maaş vermir, məmurlar batır, məktəblər isə…
Sən demə, Sabirabad Rayon İcra Hakimiyyəti və yerli məmurlar borc içində boğulurmuş; Bu səbəbdən də RİH-nin təsisçisi olduğu "Suqovşan" qəzetində işçilər aylardır maaş almır...

Cahan.info-nun verdiyi məlumata görə,
qəzetin baş redaktoru imzası ilə çıxan məqalədə bunu ətraflı yazıb. Baş yazarın məqaləsində vəziyyətin dramatikliyi, o cümlədən yerli idarə müdirlərinin acından günortda yuxudan oyandığı qeyd olunub.

Məqalədən bir hissə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə yol açıb. Aydın olur ki., rayonun rəsmi qəzetində maaşlar aylarla gecikir. İşçilər çarəsiz vəziyyətdədirlər.

Axırıncı dəfə may ayının maaşını alıblar. Qəzet rəhbərliyi büdcə təşkilatları rəhbərliyinə onlara maddi kömək üçün üz tutsa da, onlar deyib ki, vəziyyət "ruscadır", pul yoxdur.

Məqalədən o da aydın olur ki, rayon təhsil şöbəsinin müdiri Pəhlivan müəllim borc içində batır. O öz acınacaqlı durumun redaksiya heyətinə çılpaqlığı ilə təsvir edib.

Bunu baş redaktor yazıb. Təhsil şöbəsi müdiri qəzetin çapına dəstək verəcəyini öhdəsinə götürsə də, borclarına görə müflis olduğunu bildirib. Qəzet də yazır ki, adamın ona lap yazığı gəlir.

Bundan əlavə, Sabirabad məktəblərindəpedaqoji heyətdən pul yığılır və o pulların hara, nə üçün xərclənməsi məlum məqalədə üstüörtülü şiddətli eyham formasında əks edilib. Maddi sıxıntı o “həddə” olub ki, rayonun qəzetinin çapında gecikmə olub.

Yerli idarə müdirlərinin qəzetə maliyyə dəstəyi verməməsini hardasa anlamaq olar. Bəs, Sabirabadın icra başçısı Nazim İsmayılov RİH-nin təsisçiliyi ilə çap olunan qəzetə niyə maliyyə vermir? Nə üçün baş redaktor qapı-qapı düşüb, idarə rəislərinə yalvarmalı, ağız açmalıdır?

Məgər Sabirabad RİH-nin qəzet çıxarmağa pulu yoxdur? N.İsmayılov oğluna villa tikdirə, maşınlar ala bilir, Göyçayda xaniman yaradır, özü hər gün restoranda nahar edir, amma bir qəzet çap etmək üçün baş redaktoru idarələrin qapılarında süründürür.

Bu azmış kimi, məktəblərdə pul yığılması halları əksər bölgələrdə icra hakimiyyətlərinin tapşırıqları əsasında həyata keçirilir. Bu faktı RİH qəzeti belə yazıbsa, deməli N.İsmayılovun vəzifəsindən çıxarılması üçün bütün şərtlər yetişib.

Artıq Prezident Administrasiyası təcili surətdə Sabirabad RİH-də yoxlamalar aparmalı, Hesablama Palatası maliyyə təftişi etməli, N.İsmayılovun rəsmi qəzeti niyə bu günə salması aydınlaşmalıdır.

Cahan.info-nun verdiyi məlumata görə, Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub. N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb. Son illər ərzində mediada yer alan və rəsmən təkzib olunmayan həmin məlumatları cumhuriyyet.az tirajlayıb.

Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı.

Məlumata görə, “hadisə Pambıq Zavodunun qarşısında baş verib.

Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib.

Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş. Amma icra başçısı “Suqovşan” qəzetinə maaş verə bilmir, oğlu “Prado” sürür.

“Auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib. 2011-ci il istehsalı olan “Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirib (0502000423).

Lakin Sabirabad “şef”inin oğlu saytda region olaraq Göyçay göstərib. Aparılan araşdırmalar zamanı bəlli olub ki, icra başçısının oğlu “Lexsus LX 570” markalı avtomobil alıb. Bu markanın qiyməti Azərbaycanda 145-150 mindir.

Di gəl, RİH-nin rəsmi qəzetinin baş redaktoru pul tapmaq üçün məmurların qapılarına gedib ağız açmağa məcbur qalır. Sabirabad icra başçısı Nazim İsmayılovla bağlı mediada yer alan xəbərlərdən biri də Göyçay şəhərində oğluna dəbdəbəli villa tikdirməsi ilə bağlı olub.

Həmin məlumatda bildirilirdi ki, icra başçısı Göyçay şəhər Gənclər Mərkəzinin arxasında aldığı torpaq sahəsində oğlu Anar İsmayılova imarət ucaldır. Sonradan Nazim İsmayılov və oğlu Anar İsmayılov imarət tikdirmələri barədə yayılan xəbərlərdan çox ciddi şəkildə narahat olublar və tikinti gedən ərazini başqa bir şəxsin adına sənədləşdirməyə qərara veriblər.

Məlumatda o da bildirilirdi ki, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub.

Daha sonra isə baha qiymətə Nazim İsmayılovun oğluna və digər bir şəxsə satıb.İddia olunur ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb.

Ancaq qəzetin işçiləri maydan maaş almırlar, məktəblərdən pul yığılır, bir qəzet belə saxlaya bilmirlər, özlərinə villalar ucaldırlar. Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar Mehmanxana”sı, “Çinar” şadlqı evi və ətrafındakı bir neçə obyektdir.

Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan “Çinar” otelin müasir srandartlara cavab verən bir obyektdir.

Deməyə, söz qalmır, hər şey göz qabağındadır, Sabirabad RİH-nin sözü varsa, buyursun,  onların açıqlamalarını dərc edə bilərik.