Ağdam Məşğulluq Mərkəzinin direktoru E.Rüstəmov:- İnək öləndə gələrsən "KONTORA "danışarıq

             Ağdam rayon Əfətli kənd sakini, əlil Əhmədov Ramin Məhəddin oğlu

Hörmətli Prezident və hakimiyyət nümayyəndələrinə  Siam.az saytı vasitəsilə  şikayət ərizəsi ünvanlamışdır.

Yazıb bildirirəm ki, mən əlil insanam. Ağdam rayonunun sərhəd boyu yerləşən cəbhə kəndində yaşayıram. Ailə üzvülərimin hər biri işsizdirlər. Mən 2018-ci il də ƏƏSM-Nazirliyinin işsiz və kasıb ailələr üçün təşkil etdiyi "özünə məşğulluq" proqramına qatıldım və kurslarda oxudum və sertifikatlara layiq görüldüm və bizə də öz biznesimizi qurmaq üçün südlük mal almaq üçün dövlət tərəfindən 5000 manat vəsait ayrıldı. 2018-ci ilin oktiyabr ayında Ağdam Məşğulluq Mərkəzinin işçiləri və şirkət nümayəndələri tərəfindən mənə 2 baş inək verdilər. Ancaq bizə bildirilmişdir ki, Sizə südlük, balalı inəklər veriləcək.
Bizə verilmiş bu inəklər qoca və arıq, bazarlarda alınmayan heyvanlardır. Mənə balalı adı ilə verilmiş inək öz balasını yaxınına buraxmır və gün ərzində heç 2 litr də süd vermir. Bu cür südlük inək olar? Mənə verilmiş inəklərin bazar qiyməti 1000-1200 manatdır. Belə olan halda bu adını bilmədiyimiz şirkət biz vətəndaşların hüquqlarını pozur və biz əlil, işsiz insanlara dövlət tərəfindən ayrılmış vəsaiti düzgün vermir. Bizə südlük, cins heyvan əvəzinə qoca,arıq və xəstə heyvanlar veriblər. Bizə bu vəsait ayrılıb ki, öz biznesimizi quraq və dolanaq. Ancaq dövlət tərəfindən bizlər üçün ayrılmış vəsaitin hamısını bizlərə ödəmirlər. Mən 24 yanvar 2019-cu il tarixdə televiziya kanallarının xəbərlər proqlamında hörmətli deputatlarımızın “Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev qeyd etdi ki, nöqsanlar aradan qaldırılmalıdır:-“Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”. Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd etdi:-“Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, öz bizneslərini inkişaf etdirsinlər”. Mən bir əlil insan kimi bu məsələyə müdaxilə etdikləri

üçün öz adımdan deputatlarımıza öz dərin minnətdarlığımı bildirirəm və mənimlə bağlı baş vermiş bu məsələdə mənə, əlil azərbaycan vətəndaşına köməklik etmələrini gözləyirəm.
Hörmətli Prezident və hakimiyyət nümayyəndələri!
Azərbaycan Respublikası prezidenti möhtərəm İlham Əliyev cənablarının sərəncamlarına əsasən işsizliyin aradan qaldırılması üçün Dövlət Məşğulluq Mərkəzlərində “özünəməşğulluq” layihəsi yaradılıb və işsiz və iş axtaran vətəndaşlar kurslara cəlb edilib aktivlərlə təmin olunurlar. Ancaq çox təəssüf edirəm ki, prezidentimizin sərəncam və göstərişləri əsasında dövlət büdcəsindən bizlər üçün ayrılmış vəsaitlər Ağdam rayonunda, tam halda, öz kiççik biznesimizi qurmaq üçün bizlərə sərf olunmur. Bizlərə məlum olmayan səbəblərdən 5000 manatlıq heyvan alınmaq əvəzinə bizlərə həmin 5000 manatdan cəmisi 2200 manat civarında heyvan verilib. Həmin heyvanlar qoca və xəstə heyvanlardır. Belə olan halda dövlət tərəfindən bizlərə ayrılmış və bizə çatası vəsaitin qalan hissəsi hara və kimlərəin cibinə gedir? Biz yerdə qalan vəsaitimizi kimdən tələb edək? Bu hal ciddi qanun pozuntusu deyil, bəs nədir? Dövlət tərəfidən ayrılmış 5000 manatlıq aktivləri tam halda almaq üçün mən daha haralara müraciət etməliyəm?
Hörmətli Prezident və hakimiyyət nümayyəndələri!
28.01.2019-cu il tarixdə Ağdam rayon Baytarlıq idarəsinin həkimləri gəlib mənə verilmiş heyvanları müayinə etdi və bildirdi ki, bu heyvanın birinin ciyari yox halındadır. Bu heyvan öləcək, bildirdilər ki, bu heyvanların orqanizmi çox zəifdir və bunların gələcəyi barədə söz demək çətindir. Mən də elə həmin gün Ağdam Məşğulluq Mərkəzinin direktoru E.Rüstəmovun qəbuluna getdim ki, bu məsələni ona deyəm. Ancaq Elşən müəllimi tapa bilmədim, ona görə də telefon vasitəsi ilə zəng edərək məsələni ona dedim. Cavabında Elşən müəllim mənə bildirdi ki, nə vaxt ölsə, həkim çağrarsınız akt tərtib edər biz də nazirliyə bildirərik ki, heyvan xəstə olduğu üçün ölüb. Mən də dedim ki, ola bilməz ki, indi məlumat versəniz ki, verilən heyvanlar xəstədir. O, isə cavabında mənə bildirdi ki, bütün respublikaya verilən heyvanlar bu gündədir. Bizim kimi işsiz və əlil insanlara bu lahiyələrə qoşulub ki, öz ailə biznesimizi qurub ailəmizi dolandıraq, yoxsa bizə verilmiş xəstə heyvanların ölməsini gözləyək? Mən bir əlil kimi nə edəcəyimi bilmirəm. Adı bizlərdən gizlədilən, bu işbaz şirkət və ƏƏSM-nazirliyinin işçiləri biz insanların hüquqlarını pozur, başımıza oyun açır və dövlət tərəfindən bizlərə veriləcək südlük heyvanların əvəzinə bizlərə xəstə-xüstə heyvanlar veriblər. Biz etiraz edəndə də ki, bu heyvanlar xəstə, qoca heyvanlardır, bizə cavab olaraq deyirlər ki, bahasına pul vermisən! Mən hər zaman bu vəzifəli şəxslərə cavab olaraq bildirmişəm ki, bu vəsaiti biz əlil, işsiz insanlara dövlətimiz verir, bizlər kimlərinsə öz şəxsi maraqlarının qurbanı olmamalıyıq. Bu vəsaiti tam halda almaq və öz ailə biznesimizi qurmaq bizim haqqımızdır və bizim haqqımızı pozanlar layiq olduqları cəzalarını alacaqlar.
Mən bir vətəndaş kimi dövlətimə, onun Prezidenti çox hörmətli İlham Əliyevə güvənirəm və bizlərin başına gətirilən bu məsələ ilə bağlı ciddi ölçü götürülməsini gözləyirəm.            
Tarix: 1-02-2019, 08:20
Xəbəri paylaş





Xəbər lenti