Bərdə Telekomunikasiya İdarəsinin rəisi Rəfayıl Qədimov şəhid anası üçün internet xətti çəkməkdən imtina edir
P
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradova olduğu evə internet çəkilişi aparılması üçün yerli ATS-ə müraciət edib. Ona bildirilib ki, yer olmadığına görə çəkiliş aparmaq mümkün deyil. Nə vaxtsa imkan yaranacağı təqdirdə o bu xidmətdən yararlana bilər. Bu şifahi danışığın nəticəsizliyindən sonra şəhid anası Bərdə Telekomunikasiya İdarəsinin rəisi Rəfayıl Qədimovun özünə məktubla ərizə yollayıb.16 mart 2020-ci ildə yazılmış ərizəyə verilən cavab isə yerli ATS-də deyilmişin tam təsdiqi olub. Rəfayıl Qədimov imzalı məktubu ilə bildirib ki, gözləmək də ol, haçansa sənə də internet çəkilər.
Bu cavabdan sonra belə qənaətə gəlmək olar ki,Bərdə Telekomunikasiya İdarəsinin rəisi Rəfayıl Qədimov dövlətin və cəmiyyətin şəhid ailələrinə bəslədiyi ali münasibətdən olduqca uzaqdır. Və şəhid anasına interneti bir rayonun telekomunikasiya idarəsinin rəisi Rəfayıl Qədimov yox, məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Ramin Quluzadə çəkməlidir. Bu səbəbdən də şəhid anası cənab Ramin Quluzadəyə müraciət etmək məcburiyyətində qalıb. Özü də nədən ötrü kənddə bir evə internet xəttinin çəkilişi üçün.
Xülasə, bir internet xəttinin çətinliklə, şəhid anasının ünvanına qoşulması mümkünsüz olduğu halda bu məmurların gördüyü işin faydalılıq əmsalını elə bu indiqatorla ölçmək olar .Hansı ki, ATS-lər də ehtiyyatlar olmalı imtiyazlı kateqoriyadan olanlar, vətən üçün haqq eliyən bu ailələrin müraciəti dərhal təmin edilməlidir.
Xəbərdarlıq: Məsələ operativ həllini tapmasa Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse Prezidenti, Rabitə və Yüksək Texnologiyalar Naziri məsələ barədə məlumatlandırılacaqdır.
Tarix: 4-04-2020, 16:06