«Azəriqaz»İB-nin Bərdə Regional İdarəsinin müdürünün "əndrabadi" oyunları - Prezidentə şikayət
Azərbaycan Rspublikasının Prezidenti Cənab İlham Əliyevə
Bərdə şəhəri Həzi Aslanov küçəsində yaşayan Ələsgərov Firdovsi Əliağa oğlu tərəfindən
MÜRACİƏTMıhtərəm Prezident, mənim sizə mətbuat vasitəsi ilə üçüncü müraciətimdir ki, edirəm.Hər dəfə müraciətimdən sonra «Azəriqaz» İB-nin Bərdə Regional İdarəsindən glirlər qaz sayğacına baxırlar,köməklik edəcəklərini söz versələrdə heç bir köməklik göstərmirlər. Yaşadığım evin qaz sayğacını keçən ilin sentyabr ayında «Azəriqaz»İB-nin Bərdə Regional İdarəsinin işçiləri tərəfindən dəyişiblər.Sağgacı dəyişən zaman mənə 116 manat borcumun olması barədə bildiriş veriblər. Ondan bir neçə gün sonra 30 manat bu borcdan ödəmişəm. Buir aydan sonra yəni oktyabr ayında qaz sayğacına nəzarətçisi mənə bildiriş verdi ki, mənim 276 manat borcum var. Dəhşətə gəlmişəm. Necə ola bilər ki, bi ay ərzində 190 manatlıq qaz istifadə olunub? Sentyabr ayının iki ongünlüyü və oktyabr ayının birinci on günlüyü demək olar ki, yay vaxtına düşür.5-10 manat arası qaz sərf olunduğu bir zamanda necə ola bilər ki, 190 manat qaz istifadə olunsun. Sayğaca baxdım məlum oldu ki, sağacın çıxışnda (yəni evimə aid olan hissəsində) böyük bir dəlik var. Buna görədə havaya böyük miqdarda qaz axıb getmişdir. Buna səbəbdə «Azəriqaz»İB-nin Bərdə Regional İdarəsinin qaynaqçısının öz işini natamam görməsi olmuşdur.Bunun məsuliyyətinidə həmin qaynaqçı çəkməlidir. Öz işini keyfiyyətli görməyib. Mən bunu idarənin müdiri Ceyhun müəllimədə demişəm.Amma dediklərimin nə nə faydası. Elə bil ki, bu sözləri daşa deyirəm. Ceyhun müəllim faktlar əsasında araşdırma aparmaqdansa idarənin qaynaqçısının zir-ziblini ört-basdır edir. Hər dəfə mən mətbuat vasitəsi ilə siz müraciət edirəm.»Azəriqaz»İB-nin Bərdə Regional İdarəsindən gəlib baxırlar və köməklik edəcəklərinə söz verirlər. Onlar gedəndən sonra elə bil mənim bu problemimi atırlar dərin bir quyuya. Nə səsi gəlir nədə səmiri.Gedirəm idarəyə Ceyhun müəllimlə görüşürəm. O da mənə deyir ki, «get kimə deyirsən de. Onsuzda bu pulu sən ödəyəcəksən»Möhtərəm Prezident, xahiş edirəm mənim bu müraciətimin araşdırılaraq qanunsuz tələb irəli sürən, rüşvətxorluqla və soyğunçuluqla məşğul olan Bərdə Regional Qaz İdarəsinin müdiri Ceyhun haqqında ciddi tədbir görülməsinə tapşırıq verəsəniz.
Hörmətlə: Ələsgərov Firdovsi Əliağa oğlu
Tarix: 8-04-2020, 09:10