Women.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, təkcə son üç gündə Ucarda polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərini pozan 83 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər və onlar 100-200 manat məbləğində cərimə olunublar. Karantin rejiminin tələblərini daha kobud şəkildə pozan 3 nəfər barəsində isə həbs cəzası tətbiq edilib.