Qubada “torpaq dələduzu” hakim qarşısına çıxarılır

 

Dələduzluqda təqsirləndirilən Quba sakini Məmməd Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim Rahim Həsənovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev bu ilin yanvar ayında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən M.Mustafayev ilkin dindirmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb.

Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq onların ümumilikdə 33 000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.

Tarix: 11-04-2020, 12:21
Xəbəri paylaş





Xəbər lenti