Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur
Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoluna asfalt örtüyün salınması işlərinə başlanılıb.Yerli əhəmiyyətli avtomobil yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq, 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunub, zəruri yerlərdə yeniləri inşa edilib.
Layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.Siam.az
Tarix: 12-04-2020, 13:30