Foto bu gün Lənkəranda çəkilib...

 
Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq əmək pensiyaları, sosial müavinət, təqaüd və kompensasiya, eləcə də Ünvanlı Dövlət Sosial Yardımlarının ödəniş qrafikləri dəyişdirilib. Belə ki, Azərbaycanda aprelin 8-dən pensiya ödənişlərinə başlanılıb. Bu gün isə Bakı istisna olmaqla, respublikanın rayonlarında sözügedən ödənişlər həyata keçirilib. 
"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə bir neçə saat əvvəl Lənkəran şəhərində "Kapital Bank"ın bankomatının qarşısında çəkilən foto paylaşılıb. Təəssüf ki, pensiya almağa gələn sakinlər karantin qaydalarını ciddi şəkildə pozublar.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası əhaliyə bununla bağlı aprelin 6-da xəbərdarlıq etmişdi. Özəlliklə qeyd olunmuşdu ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.
Maraqlıdır ki, bu qədər adam bir yerə toplaşsa da, polis əməkdaşları heç bir müdaxilə etməyib.
Tarix: 15-04-2020, 17:41
Xəbəri paylaş





Xəbər lenti