Qabil Hüseynlinin qardaşı oğlu işdən uzaqlaşdırılıb

 
Tanınmış politoloq Qabil Hüseynlinin qardaşı oğlu işdən uzaqlaşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə politoloq yazdığı şərhdə bildirib. O qeyd edib ki, şəhərdaxili daşımalarla məşğul
olan "166" xidmətin Gəncə şöbəsi əmək müqaviləli işçisi Zaur Nabil oğlu Hüseynovu ixtisara salıb və 1 aylıq əmək
haqqı və digər ödəmələri də verməyib.
Qeyd edək ki, Prezidentin qəti tapşırğına əsasən, hazırda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində
sahibkarlara ciddi şəkildə yardım proqramı həyata keçirilir. Sahibkarlardan isə işçiləri heç bir halda ixtisar etməmək tələb edilir.
İqtisadiyyat Nazirliyinin az öncə yaydığı müraciətdə də qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı
mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına
yol verilməməlidir.
"Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi
nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir", - nazirliyin
 məlumatında bildirilib.
Tarix: 17-04-2020, 08:52
Xəbəri paylaş





Xəbər lenti