Şəmkirdə icra başçısı görün nə edir... - Varlılardan alıb, öz adından kasıblara paylamaq istəyir...


 Bir neçə gün əvvəl yerli KİV-də Şəmkirdən olan istixana sahibləri ilə "Azəriqaz" arasında çəkişmə ilə bağlı təfsilatlı informasiyalar yer aldı. Elə dia.az olaraq da bu məsələ ilə əlaqədar təsərrüfat sahublərinin mövqelərini işıqlandırmışdıq ki, nədənsə həmin ərəfədə problemin həllindən daha çox yazdıqlarımızı təftiş etməyə qalxan "Azəriqaz" rəhbərliyi hətta bizi olmayan bir hadisəni işıqlandırmaqda da ittiham etdilər. Ardından isə növbəti şikayətlər gəlincə "Azəriqaz" yekunda sahibkarlarla dil tapmaq zorunda qaldı.

DİA.AZ-a yazan iş adamları indi də yerli icra hakimiyyətindən giley edirlər. Onlar bildirirlər ki, bütün istixanaların sahiblərinə icra başçısının adından təlimat daxil olub ki, onlar imkansız ailələrə yardım üçün məhsullarından müəyyən qədərini icra hakimiyyətinə pulsuz olaraq təhvil verməlidirlər.

Sahibkarlar yazır: "Biz onsuz da camaata yardım edirik. İndi isə bizdən məhsul, bəzilərimizdən isə pul tələb edirlər ki, guya başçının adından imkansız ailələrə yardım edəcəklər. Elə şey yoxdur. Yardımı özümüz edirik və xahiş edirik ki, yuxarı dairələr bununla bağlı Şəmkir RİH-ə münasibətini bildirsin".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 17-04-2020, 14:04
Xəbəri paylaş





Xəbər lenti