Tərtər rayonunda çiyid səpininə başlanılıb

 
 Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları çiyid səpininə başlayıblar.
Bu il rayonda 1017 istehsalçı ilə 1664,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1120 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2 min 834,3 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Artıq 4 gündürki ki, rayonun bütün kəndlərində səpin işinə başlanılıb. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Səpin işlərinin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır. Bu günədək 1267 hektar sahədə çiyid səpilib.
Qeyd edək ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub.
 
 
Tarix: 19-04-2020, 21:39
Xəbəri paylaş





Xəbər lenti