Balaca məmurların böyük eqosu
AZTELEKOMA uğurlu menecer lazım olduğu halda Rəfail Qədimov kimi işbacarmaz müdir lazımdırmı? Bəri başdan deyək ki, telekomunikasiya işi strateji dövlət işi olduğu qədər, həm də kommersiya məqsədi güdən bir müəssisədir. Necə deyərlər bu müəsisənin hədəfi həm də biznes planına uyğun olaraq pul qazanmaqdır. Əvvəllər dövlət tərəfindən maliyyələşdirilən telekomunikasiya idarəsi indi Aztelekom MMC kimi fəaliyyət göstərir. Ancaq, biz fərqli mənzərənin şahidi oluruq. Aztelekom müəssisəsinin ayağına gələn gəlirdən imtina olunur. Vətəndaş əlində pul gəlib, internet xətti almaq istədiyi halda Bərdə Aztelekomun müdiri Rəfael Qədimov ona yox cavabı verir. Bəlkə də yox cavabı vermək müdir üçün asan yoldur. Çünki, o çörəyin yediyi bir müəssisənin mənfəətini artarmaqda özünü məsuliyyət sahibi hesab etmir. Amma inanmaq olmaz ki, Aztelekomun rəhbəri belə bir düşüncə ilə nəhəng müəsissəni idarə etsin. Kommersiya marağı olan hər bir təşkilat büdcəsi üçün hər bir qara qəpiyi belə dəyərli sayır. Belə olduğu təqdirdə kommersiya marağı olan müəssisədə hərə bir budağın üzərində oturub, əyləşdiyi yeri niyə mişarlamaqla məşğuldur, bəs! Cavabı birdir. Yeni təfəkkürdən uzaq olub, köhnəliklə yaşamaqdır. Hər nə olursa, olsun əlqarp eləmək, bir yerdən dolanışıq çıxarmaq, korrupsiya yolu ilə nəsə əldə eləməkdir, bunların mərəzi. Ona görə də bu müəsisədə inkişaf olmur. İşçisinin rifahını yaxşılaşdıra bilmir. İşçi aldığı maaşa qane ola bilmədiyi halda başqa fikirlərə düşür. Abonentin xəttini bilərəkdən sıradan çıxarır ki, ona veriləcək az-maz pulun müqabilində elədiyi xatakarlığı aradan qaldıracaq. Xülasə, məsələ bu qədər qəliz, acınacaqlıdır.Bərdə Tele- Komunikasiya İdarəsinin belə bir iş prinsipi sayəsində Bərdə rayon Mustafaağalı kənd sakini Əsli Muradovanın evində telefon ötən il ərzində demək olar ki, işləməyib. Aylarla telefona texniki xidmət göstərilməyib. Və telefon işləmədiyi halda abunə haqqı tələb ediblər. Əsli Muradova incidildiyinin fərqində olduğundan işləməyən aylara görə ödəniş etmək istəməyib. “ Vətənpərvər” rabitəçilər Əsli Muradovaya məxsus nömrəni abonentin adından çıxarıblar. Mart ayında nömrənin açılması üçün Bərdə Telekomunikasiya İdarəsinə müraciət edəndə Əsli Muradovaya 6 aya görə haqq hesablayıb, 20 manat pul tələb ediblər. Və bu pulu alıblar.Əlqərəz, Bərdə Telekomunikasiya idarəsi aylarla öhdəliyinə düşən işi yarıda bilmədiyi halda vətəndaşın hüquqları pozulub. Mənəvi-psixoloji zərər görüb. Stres,əsəb xəstə olduğu halda onun sağlamlığına bir az da zərbə olub.Bütün bu olanlara görə zərrə qədər də xəcalət hissi keçirməyən Aztelekomun Bərdə filialı qəpiyindən belə keçməyib. Şəhid anasına göstərdiyi münasibət bundan ibarət olub. Görünən də budur ki, bu idarənin nə böyüyü, nə də kiçiyi şəhid ailəsinə dəyər vermir. Əgər şəhid anasına göstərilən münasibət bundan ibarətdirsə , vətənə sədaqətlə xidmət etməyin özü bu şəxslərə yad bir hissdir. Vətəni sevmək, çörəyindən, suyundan bəhrələnib , müqəddəs dəyərlərinə sahib çıxmaq isə ancaq əsl vətənini sevənlərə xas ola bilər.Müasir dövrdə ölkəmizin bir sıra uğurlar ilə yanaşı kosmosa peyk qaldırması da qürurla qeyd olunmalı hadisədir. Telekomunikasiya bu qədər inkişaf yolu qət eləmiş olsa da Bərdədə bunu görmək olmur. Bir vətəndaş onun üçün istədiyi internetə əlinin çatan olmadığını gördükdə, böyük bir uğur gözdən düşmüş olur. Niyə? Bir telekomunikasiya idarəsinin müdirinin yarıtmaz hərəkəti, vətəndaşa xidməti düzgün təşkil edə bilmədiyinə görə Prezident cənab İlham Əliyevin nəhəng bir layihəsini kölgə altına salır. Əslində , prezidentin etmadına zərrə qədər ziyan vurmuş belə şəxslərin vəzifəsində qalmağa haqqı yoxdur. Ancaq işbilməyən , idarənin maraqları naminə, vətəndaşlara düzgün xidmət istiqamətində bacarıqları olmayan müdirin bir müəssisənin işini heç eləməsinə hansı hacət var. Belə bir müdirin hansı keyfiyyətinə görə iş başına qoyub , çox saylı vətəndaşların problemləri qarşısında əngələ çevirirlər.Əmması budur ki, hələ də insanlara bacarığına görə deyil, kimin adamı olmasına baxıb, işə təyin edirlər. Bərdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayevin yeznəsi olduğuna görə Rəfail Qədimovun bu idarəyə müdir təyin edilməsi məsələnin bəlli tərəfidir. Vəzifəli şəxs kimi Vahid Qarayevin nüfuzundan istifadə etməsi qanuni olaraq düzgün deyil. Bu məsələnin bir tərəfidi. Ancaq ikinci tərəfi gərək ki, Aztelekomu narahat etsin. Vətəndaş, Mustafaağalı kənd sakini Əsli Muradova əlində manat internet çəkmək üçün müdirə müraciət edir. Müdir deyir ki, yer yoxdur,gözlə! Müəssisəyə gələn ruzi-bərəkətin qarşısına barmaq qoymaq, belə olmursa, necə olur. Deməli müəsissə qazanmaq əvəzinə itirir. Ziyanı vuranda elə belə müdir olur. Hələ deməyə ehtiyyac yoxdur ki, bu müraciət edən şəhid anasıdır. Ona həssas yanaşılmalı, mənəvi dəstək hiss etdirilməli idi.Onun ağrısını ovutmaq üçün alicənablıq nümunəsi göstərmək lazım idi. Ən azından dövlətə, vətənə , prezidentə minnətdarlıq hissi yaratmalı idi, bu jest, bu diqqət. Bunları deməyə daha ehtiyyac da yoxdur. Gərək hər kəsin özünün qabında olsun. Olmayandan sonra ummağa da dəymir.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
Siam.az
Tarix: 19-04-2020, 22:36