SON DƏQİQƏ!Ağsuda kəndli qadınlar etiraza qalxdı - həbs edilənlər var(VİDEO)

        
SON DƏQİQƏ!Ağsuda kəndli qadınlar etiraza qalxdı - həbs edilənlər var(VİDEO)
Agsu rayonunun Ləngəbiz kənd sakinləri son ümid kimi ölkə başçısına müraciət etdi

WhatsApp nömrəmizə bir qrup Agsu rayon Ləngəbiz kənd sakinləri tərəfindən müraciət daxil olub.



İxa.az "Kainat.tv"-yə istinadən həmin müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Daxili İşlər naziri Vilayət Eyvazova

Ağsu rayonun Ləngəbiz kənd sakinləri tərəfindən

MÜRACİƏT
Hörmətli Prezident!
Sizə bildiririk ki, 18.04.2020-ci il tarixdə, saat 17:50 radələrində kəndimizin ərazisinə təxminən 4000 - 5000 baş iri və xırda buynuzlu heyvan sürüsü daxil oldu. Bu zaman ölkəmizdən tətbiq olunan ciddi karantin rejiminə əməl edən biz - Ağsu rayonun Ləngəbiz kənd sakinləri qayda-qanunu pozmağa məcbur qalaraq həmin əraziyə yaxınlaşıb öz etirazlarımızı bildirdik ki, bu heyvanlar bizim əkin sahələrimizi tapdalayıb otlaq ərazisinə girmişlər. Bu zaman heyvanların sahibi, sahibkar Hacı Alxan Ağsu rayonunun polis və icra hakimyyətinin nüməyəndələrinə zəng vuraraq həmin kənd sakinlərinin üzərinə hücum çəkərək onları təhqir etdirərək polis maşınları ilə və polisin güc və silahı olan dubinkadan istifadə edərək yaşlı, cavan bilməyərək 35 - 40 nəfəri döyə-döyə maşınlara yığıb, Ağsu rayon polis şöbəsinə apardılar. 1 sutka həmin şəxsləri qanunsuz olaraq polis şöbəsində saxladılar. Döyülüb təhqir olunanların arasında kəndimizin ağsaqqalı, 75 yaşlı müəllim, məktəbimizin direktoru Ağarəhimov Rəhim Əhməd oğlu da var idi. Eyni zamanda digər kənd sakini, könülü vətən uğrunda döyüşlərdə iştirak etmiş Milli Qəhraman Qurbanov Ağamalı Emin oğlunun 5 yaşında yetim qalmış ac-yalavac şəraitdə yaşayan Qurbanov Emil Ağamalı oğlu da var. Hal-hazırda yeməyə çörəyləri yoxdur, balaları küçədə qalır. Bütün bunları bilə-bilə 1 sutkadan sonra kəndin 30-35 sakinin hər birindən ən azından 600 manat, kimin övladı vəzifədədirsə, onlardan 2000 - 3000 manat pul alaraq azad ediblər. Onlara bildiriblər ki, bu haqda harasa məlumat versələr, onların qohum-əqrəbalarinı, qardaşlarını həbs edəcəklər, sonra gözləri qızmış məmurlar hədə qorxu gələrək onlara tapşırıq veriblər ki, 103 təcili yardım xidmətinə zəng etsəniz, sizin kənd sakinlarini mal-qara, toyuq oğurluğu, silah və narkotiklə həbs etdirəcəyik.

Hal-hazırda xəsarət alanlar qorxularından öz evlərində müalicə olunurlar, çünki bizim kəndimizi 3 gündür bu şəraitdə saxlayırlar. Həmin gündən 102 qaynar xəttinə müraciət olunub, bütün sosial şəbəkələr vasitəsilə məlumatlar yayılır. Hələ ki, kəndimizin köməyinə heç bir qurum və təşkilat çatmır, hal hazırda kəndin 5 sakini 10 sutka həbs edilib, bunların arasında şəhid övladı, 2 qüsürlü övlad böyüdən Emil Qurbanov da var. Uşaqları göz yaşlarıla atalarının yolunu gözləyirlər, imdad diləyirlər. Şəhid qardaşımızın yoldaşı göz yaşı ilə polis qapısında qalıb, heç kim onun səsinə səs vermir. Hətda balasıyla görüşüb yeməy verməyə qoymurlar.

Bundan əlavə orada 6-7 ailə üzvü olan qardaşlarımız var. Onların evdə ac yalavac olan ailə üzvlərini gözləri yolda qalıb .

Bütün bunlar azmış kimi bizə 15-20 min manata qədər ziyan vurmuş sahibkar və dövlət qurumlarının nümayəndələri həmin heyvanları hələ də o ərazilərdə saxlayır, özlərini heçnə olmamış kimi aparır, "işlərinə” davam edirlər.

Cənab Prezident, Sizdən xahiş edirik ki, yeganə ümüdimiz olan Allahımız xatirinə bizi bu harınlanmış sahibkar, "4 qardaşlar” sadlıq sarayının sahibi olan Alxanın, rayon icra hakimyyətinin nümayəndələrinin və polis əməkdaşlarının əlindən xilas edəsiniz .

Bizlər də bir ömür boyu sizin duaçınız olarıq. Sizdən tək istıyimiz hazırda həbsdə olan 5 balalarımızın azad olunmasını, heyvanların otlaq ərazilərimizdən çıxarılması və bizə dəymiş ziyanın ödənilməsinin təmin olunmasıdır.

Əvvəlcədən sizə təşəkkür edirik.


Tarix: 23-04-2020, 20:30
Xəbəri paylaş





Xəbər lenti