Ağcabədidə xəstəlik rahat yayıla bilər... - Çünki...

Ağcabədidə xəstəlik rahat yayıla bilər...
Son aylar ölkədə aparılan köklü kadr islahatlarının şahidi oluruq. Bir neçə icra başçısının Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının apardığı uğurlu əməliyyatlar nəticəsində həbsi bir daha göstərdi ki, rüşvətxor məmurlara qarşı mübarizə ciddidir və bu davam etdirilir.

Amma icra başçıları ilə yaşanı əksər rayonlarda infrastrukturun bərpası və ya dağıdılması işində Bələdiyyə sədrləri də unudulmamalıdır. Çünki, bəzi bələdiyyə sədrləri icra başçıları ilə əlbir olub istənilən cinayətə imza atır.

Əlbətdə son aylar biz bələdiyyə sədrlərinə də qarşı aparılan effektli mübarizənin şahidiyik. Amma bögələrdə elə bələdiyyə sədrləri var ki, onlar rüşvətxor icra başçılarından daha ciddi ziyan vurmaqla məşguldurlar. Daha doğrusu, uzun illər bələdiyyə sədri postlarında olan bu şəxslər bütün növ maxinasiyaların struktrunu əzbərdən bilir və onları zərərsizləşdirmək olduqca çətin olur.

Bizimxeber.az-a daxil olan məlumata görə, belə bələdiyyə sədrlərindən biri Ağcabədi rayonundadır. Radaksiyaya ünvanlanan məktubda göstərilən faktlara inansaq Ağcabədi rayonun Yuxarı Qiyaməddinli kəndinin bələdiyyə sədri Əzizalı Məmmədov daha nələr etmir ki.

Qeyd olunur ki, sözügedən bələdiyyə sədri 20 ildən artıqdır ki, bu postdadır və bu illər ərzində boş dayanmayıb. Hektarlarla torpaq sahələri, fermalar, bir neçə mülkə sahib olan bələdiyyə sədrinin daha bir "uğuru" diplomla bağlıdır. Həmçinin onun kəndi başına alan zibilliklərdə otlayan çoxlu sayda qoyunları belə var. Əlbətdə ki, qoyunlar zibillikdə otlaya bilmədiyi kimi, kənd sakinləri də bu zibilliyin ifunətindən cana doyub.

Əgər bu hallar kənd bələdiyyəsinin sədri Əzizalı Məmmədovu əvəllər narahat etmirdisə, indi etməlidir. Koronavirusun dünyada tügyan etdiyi bir zamanda ölkəmizdə aparılan dezinfeksiya işlərinin fonunda bu zibilliklər təmizlənmirsə və ərazilər dezinfeksiya olunmursa, deməli bələdiyyə sədrinin otağında qaramaskalı qardaşlar dayanmalıdır.

Çünki, onlar bu kimi bələdiyyə sədrlərini, onlara "gözün üstə qaşın var" deməyən icra başçılarının otaqlarına rahatlıqla gələ bilirlər. Atalar misalında deyildiyi kimi - at arabaya yaxın gəlmirsə, arabanı ata yaxın aparmaq lazımdır.

Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatları dəqiqliyi ilə araşdırmaqda davam edirik. Kənd sakinlərinin diqqətinə çatdırmaq istyirik ki, karantin bitdikdən sonra bu kənddəki vəziyyəti öyrənmək üçün əməkdaşımız Ağcabədi rayonun Yuxarı Qiyaməddinli kəndinə ezam edəcəyik...

Məlumat üçün bildirək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur.
Tarix: 24-04-2020, 17:19
Xəbəri paylaş





Xəbər lenti