Jurnalist,”Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru,İfadetv.com xəbərlər portalının baş redaktorun müavini Məmməd Əhmədoğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident! Siz, Azərbaycanda söz azadlığı və plüralizmin boyük qarantı hesab edilir, medianın inkişafına dövlət dəstəyinin verilməsinə, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına yönəlik təşəbbüsünü və bu təşəbbüsün gerçəkləşdirilməsi yolunda atdığınız əməli adddımları alqışlayıram.Bir qələm sahibi olaraq ölkəmizdə, xüsusən də rayonlarımızda baş verən hadisələri - müsbət hadisələri, çatışmazlıqları, korrupsiya hallarını işıqlandırmağa çalışıram. Bu, həmçinin bir ictimai nəzarətdir və dövlət başçısı kimi cənab Prezident Siz də çıxışlarınızda bunun zəruriliyini dəfələrlə vurğulamısınız.
Bir Azərbaycan vətəndaşı olaraq bacardığım qədər öz ölkəmi, dövlətimi qorumuşam. Müstəqilliyimiz uğrunda gedən mübarizələrdə sağlamlığımı itirəndən sonra qələmimlə dövlətimə, millətimə xidmət etməyə davam etmişəm! Baş redaktor olaraq həmişə qanunlar çərçivəsində hərəkət etmişəm. Heç vaxt istəməmişəm ki, dövlətimizin iqtisadi dayaqlarını sarsıdan, talançılıq , irimiqyaslı maliyyə maxenasiyalarına yol vermiş korrupsiya halları geniş vüsət alsın, nəticədə beynəlxalq təşkilatlarda dövlətimizin adı korrupsiyanın qavrama indeksinə görə “lider”lər sırasına düşsün.
Azərbaycan dövlətinin uğurlarına sevinən,möhtərəm Prezidentimizin fəaliyyətini hər zaman yüksək qiymətləndirən müstəqil araşdırmaçı jurnalis olaraq Sizə müraciət edirəm!
Çox maraqlıdır ki, uzun müddətdir ki, Şəki Mərkəzi Xəstəxanasında törədilən irimiqyaslı korrupsiya və maliyyə maxenasiyaları barəsində araşdırmalar yazılar internet portallarında yayımlanıb və təkzib edilməsə də, çox təəssüfləndirici haldır ki, son illərdə ölkənin aidiyyatı hüquq-mühafizə orqanları tərəfindən Şəki RMX-nın rəhbərliyinə nə “qaşın üstə gözün var”, nə də “DUR!” deyən bir cəsarət sahibi tapılmayıb. Lakin apardığımız araşdırmalardan sonra belə qənaətə gəlirik ki, Şəki RMX-nın dövlət satınalmaları əsasında həyata keçirdiyi müxtəlif iri miqyaslı sifarişlərin reallaşması zamanı törətdiyi talançılıq heç də “Beynəlxalq Bank işi”, “ MTN işi”, “Rabitə işi” adlanan və istintaq zamanı təsdiq olunmuş və dövlətə vurulmuş milyonlarla manat ziyanlardan geri qalmır. Sadəcə olaraq hələlik nədənsə Şəki RMX-da baş vermiş və verməkdə davam edən istər irimiqyaslı korrupsiya hallarının, istər həkim səhlənkarlıqlarının araşdırlmasına göstəriş verilmir. Sanki bu korrupsiya yuvasının yuxarı dövlət orqanlarında “qoruyucu mələyi” vardır. Mən bu korrupsiya yuvasında baş vermiş və verməkdə davam edən iri maliyyə maxenasiyaları haqqında dəflərlə apardığım araşdırmalar nəticəsində qələmə aldığım real faktların araşdırılmasını yuxarı direktiv orqanlardan tələb etsəm də, aidiyyatı üzrə nə Səhiyyə Nazirliyi, nə də TƏBİB rəhbərliyi heç bir reaksiya verməsə də, Baş prokurorluqda İstintaqa nəzarət idarəsinin rəis müavini Adil Vəliyev 07 yanavar və 19 fevral 2020-ci il tarixlərində eyniməzmunlu cavab verir ki, “Sizə şəki Rayon prokurorluğunun 05 noyabr 2019-cu il tarixli qərarı göndərilərək izah edilmişdir ki, CPM-nin 39.1.1 maddəsinə görə “cinayət işinin başlanmasının rədd edilməsi”barədə qərardan məhkəməyə şikayət verə bilərsiniz”.
Ilkin olaraq onu cənab Adil Vəliyevin nəzərəinə çatdırmaq istəyirəm ki, Şəki Rayon Prokurorluğundan Baş Prokurorluğa və digər instansiyalara yalan məlumatlar verirlər ki, guya onlar mənə aparılan formal araşdırmanın nəticəsində 05 noyabr 2019-cu il tarixli cavab vermişlər. Digər tərəfdən Baş Prokuroluq niyə tləb etdiyi iş materiallarına gözücü diqqət yetirmir ki, şikayətçinin izahatı və sonda üzləşmə aktları niyə iş materiallarında yoxdur? Bu sənədlər yoxdursa hansı qanuni və əsaslı qəradan söhbət gedə bilər? Və mən hər dəfə Şəki RMX-nın rəhbərliyinin dövlət başçısını, millət vəkilərini, ictimaiyyəti necə aldatmaları, həkim səhlənkarlığı nəticəsində baş alıb gedən saysız-hesabsız ölüm halları, irimiqyaslı maliyyə maxenasiyaları, korrupsiya halları, yerli ictimaiyyətin dövlətdən narazı salınması barədə açıqladığım rəqəmlərə Baş Prokurorluq səviyyəsində CPm-nin 39.1.1 maddəsinə istinad etməklə, mənə məhkəməyə müraciət etməyimi tövsiyə etməsi, sadəcə başa düşülən deyil! Nə vaxtdan Şəki RMX-na təmir adı altında son illərdə ( 2018 və 2019-cu illər) tenderlə ayrılan 1.6 və 6.4 milyon manat ayrılmış vəsait hər dəfə Nizamnamə kapitalı 10 manat olan , heç bir maddi və texniki bazası olmayan “Şəki Səyyar Tikinti-F” MMC- arasında hər il bağlanmış saxta müqavilələr əsasında təmir adı altında hər il milyonlarla vəsait tərəflər arasında bölüşdürülür –mənimsənilir. Son yazdığımızı korrupsiya faktı isə Şəki rayon Prokurorluğu tərəfindən ümumiyyətlə araşdırlmır. , Şəki Mərkəzi Xəstəxanasının əsaslı və cari təmirlər adı altında hər ili ayrılan 4-6.5 milyon manat pulların taleyi həmişə olduğu kimi qaranlıq qalmaqdadır. Doğrudur, xəstəxananın cari təmiri adı altında məsələn, 2019-cu ilin yanvar və oktyabr ayları üçün
keçirilən formal tenderlərdə 3 lot üzrə yerli oliqarx məmurlardan birinə məxsus olan və nizamnamə kapitalı cəmi 10 manat göstərilən “Şəki Səyyar Tikinti-F” MMC-yə hər il olduğu kimi 2019-cu ildə 6.547.000 manat dövlət vəsaitinin ayrılmışdır. Yəni, Şəki RMX-sı üçün nəzərdə tutulan 7 milyon manat vəsaitin 90 faizinin cari təmir adı altında faktiki olaraq mənimsənilməsi baş vermişdir. Çünki bu işlərin yalnız kosmetik icrasının görüntülərinin şahidi olmaq olar. Eləcə də, bu azmış kimi Şəki şəhər İcra Hakimiyyəti də “Şəki Səyyar Tikinti-F” MMC-yə şəhərin Çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri üçün də 2482491 manatlıq müqavilə bağlamışdır. Bəs “görülüb yekunlaşmış bu işlərə” inşaatçı ekspertlər nə qədər vəsait sərf edilməsi barədə rəy verə bilərlərmi? Əsla. Çünki ekspertlər adətən reallığa qiymət verirlər. Budur, 2011-ci ilin yanvarın 27-də dövlət qeydiyyatına alınmış, VÖEN-i 3000578701, ünvanı Şəki şəhəri, Salmaz Mümtaz küçəsi ev 6, Nizamnamə kapitalı 10 manat olan və Kərimov Sahib Məmməd Kərim oğlunun adına olan “Şəki Səyyar-Tikinti-F” MMC-nin tenderlərdə daima “qalib” gəldiyi irihəcmlı layihələri həyata keçirməyə nə lazımi avadanlığı-texnikası var, nə də işçi qüvvəsi. Qısası, bu MMC ilə Şəki şəhər İH-ti və Şəki RMX-sı rəhbərliyi gizli sövdələşərək ayrılan dövlət vəsaitlərinin çox hissəsini pay mal edir, mənimsəyirlər.Yoxsa ki, Şəki RMX-nın ehtiyac olan o qədər sahələrin qarşısında ayrılan vəsaitin 90 %-nin yalnız cari təmir adı altında məsrəf edilməsi anlaşılan deyildir. Biz bu faktları qaldırdığımız halda Şəki rayon Prokurorluğunun külli-miqdarda dövlət vəsaitlərinin talan olunmasıilə müşayət olunan halların araşdırlmasınada həvəsli görünməməsi sadəcə başa düşülən deyil. Və Baş Prokurorluğa göndərdiyi cavb məktubunda bütün bu təkzibedilməz faktları CPM-nin 39.1.1 maddəsinə ( çörək ağacları hesab etdikləri maddə ) əsaslanaraq cinayət işi hesab etməmləri birbaşa dövlət ə xəyanətə barəabər tutulmalıdır. Bu sabotajın başqa anlamı yoxdur.
Yuxarıda qeyd etdiyimiz həkim səhlənkarlığı, vacib dərmanların baş həkimin müavini Sərxan musayev tərəfindən alver məqsədilə gizlədilməsi ucbatından Şəki RMX-da baş vermiş çoxsaylı ölüm faktlarına, son illərdə əsas təyinatlar üzrə Şəki RMX-nın şişirtmə rəqəmlərlə avtoparkının yenilənməsi, ehtiyat hissələrinin alınması üçün illik 2400 manat pulun və aylıq yanacaq talonlarla təmin edilməsi üçün aylıq 140 manat pulların kağız üzərində necə məsrəf olunmasını, xəstələrə yemək və dərman verilməsi adı altında ( xəstə sayını şişirtməklə) sənədləşdirilən, lakin faktiki olaraq xəstə sahibləri tərəfindən həkim reseptləri əsasında həkimlərəin özlərinə məxsus apteklərdən alınmış dərmanların, şişirdilmiş dəftərxana ( hər il üçün 72000, 106000 manat)ləvazimatlarının alınmasına sərf edilməsi (halbuki Şəki Apellyasiya Məhkəməsinin illik dəftərxana ləvazimatı illik 6400 manat olduğu halda) və digər təsərrüfat avadanlıqlarının alınmasına sərf edilən dövlət vəsaitinin necə məsrəf olunmasını, tender oyunbazlıqlarını və digər maliyyə maxenasiyalarını təyin olunmuş ekspert rəyləri nəticəsində asanlıqla araşdırmaq olardı.
Məsələn, hər il Şəki RMX ilə bir neçə lot üzrə tender müqaviləsi bağlayan İNPEKSşN” MMC –nin də 10 manatlıq mizamnamə kapitalına malik olması və Nizami rayonunda göstərilən hüquqi ünvanında heç kimin olmadığı ortaya çıxdıqdan sonra məlum olmuşdur ki, Azərbaycanın məşhur generallarından birinə məxsus olduğu bildirilən bu MMC ilə Şəki RMX-nın saxta tender müqaviləsi bağlamasına kimsə mane ola bilməz. Və reallıqda bu mmc tərəfindən 2019-ci il üçün müqavilədə qeyd edildiyi kimi 201970 manatlıq bərk materialın, 173486 manatlıq avadanlığın, elə o qədər də yumşaq mebelin, 59000 manatlıq idarənin digər xərclərinin görülməsi işi faktiki icra edilməmişdir. Eləcə də tenderin digər “qalibi” olan və sabiq spiker O.Əsədovun qardaşı oğluna məxsusluğu bildirlən “ARASH MEDİCAL company” MMC-nin 2019-cu il üçün avadanlıqların təmiri adı altında Şəki RMX ilə 40000 manatlıq müqavilənin icrası formal xarakter daşıyır. Bu 3 mmc hər il Şəki RMX ilə bağladıqları formal tender müqavilələri əsasında külli miqdarda dövlət vəsaitini qarşılıqlaı olaraq mənimsəyirlər.
Lakin çox təəssüf olsun ki, Şəki Rayon Prokurorluğu son aylarda 5 dəfə qaldırdığımız müxtəlif xüsusatlar üzrə Şəki RMX-da baş verən və verməkdə davam edən irimiqyaslı korrupsiyua faktlarını araşdırmaq əvəzinə, ört-basdır etməklə məşğuldur. Ona görə də hesab edirəm ki, Baş Prokurorluğun əməkdaşı Adil Vəliyevin Şəki Prokurorluğunu birbaşa məsuliyyətdən yayındıran cavabları bizi qane etmədiyindən, hesab edirik ki, sadaladığım faktların yerində təqdim etdiyimiz sənədlər və faktlar üzrə araşdırılmasını Səhiyyə Nazirliyinin Daxili təhqiqatlar İdarəsinə, Hesablama Palatasına və Baş Prokurorluğa həvalə edilməsi zəruriəti yaranmışdır. Yoxsa ki, cəzasızlıqdan nələrinsə hesabına xilas olan və bundan ruhlanan Şəki RMX-sı rəhbərliyi son verilən məlumata görə 2020-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ilə bağlı vətəndaşların müalicəsini də özlərinə məxsus formada sabotaj etməklə məşğuldurlar. Belə ki, özlərinin də açıqladığqları kimi cari ilin yanvar ayında hər gün 300 vətəndaşı sığorta hesabına müayinə və müalicə etməyə məcbur olmuş Şəki RMX həkim kollektivi “gündəlik qazncları”nın faktiki itkisilə qarşılaşdıqlarından heç kimin ağlına gəlməyən hiyləgər fəndə əl atmışlar. Belə ki, fevraldan sonrakı tarixlərdə Şəki RMX-na müraciət edən yüzlərlə şəxsdən yalnız gündəlik 20 nəfərini səhər saat 9-10 arası qəbul etdikdən sonra qapıları bağlamaqla “sığorta oyunu bitti” deməklə, ənənəvi qaydada xəstələrin qəbulunu davam etdirməklə məşğul olurlar. Yəni, Azərbaycanda tətbiq edilən heç bir Qanun və ya İslahatın Şəki ərazisində hüquqi qüvvəyə malik olmur. Beləliklə, Şəki RMX rəhbərliyi hökümətin onlara tapşırdığı dövlət sığortası hesabına xəstələrin qəbulunu gündəlik 10 faizə endirməklə köhnə dədə-baba qaydalarını tətbiq etməyə başlamışlar. Nəticədə Şəki RMX-nın tətbiq etdiyi özəl variantın hesabına çoxsaylı xəstələr dövlətdən narazı salınır.
Son olaraq cənab Prezidentə bir vacib məsləni də xatırlatmaq istərdim. Bu yaxınlarda Nefçala Rayon Mərkəzi Xəstəxananın baş həkimi icra başçısı İsmayıl Vəliyevlə birlikdə DTX əməkdaşları tərəfindən rüşvət almaları ilə bağlı həbs edildilər. Və Sizə baş həkimin kimdən nə qədər rüşvət yığması, korrupsiya əməlləri və maliyyə maxenasiyaları barədə ətraflı məlumatlar verilmişdir. Biz isə onu qeyd edirik ki, Şəki RMX-da baş verən irimiqyaslı korrupsiya vasitəsilə dövlət büdcəsindən talan edilən milyonlarla manat pullarla müqayisədə Neftçala RMX- rəhbərliyinin talan etdiyi vəsait heç bir faiz belə etmir. Çünki, Neftçala balaca və kasıb bir rayondur. Onların Şəki RMX-na ayılan qədər büdcə vəsaiti ayrılmır ki, onu da mənimsəsinlər. Şəki RMX-da mənimsənilən iri məbləşli vəsaitlərlə bağlı qaldırdığımız korrupsiya hüqupozmalarına isə Baş Prokurorluq cavab verir ki, burada heç bir cinayət tərkibi yoxdur. Deməli, nəticəyə gəlirik ki, Rayon Prokurorluğu bir kənara, DTX-nın yerli şöbəsi ən azından xidməti vəzifə borcunu yerinə yetirərək dövlətin mənimsənilən milyonları barəsində vaxtında yuxarı orqanlara məlumat verməli idi.
Çoxhörmətli Prezident! Bütün araşdırmalarımın nəticəsində gəldiyim qənatə görə hesab edirəm ki, Şəki Rayon Prokurorluğu son vaxtlar Sizin apardığınız islahatlardan çox geridə qalmışdır. Ona görə də bütün digər sahələr kimi prokurorluq orqanlarında da köklü islahatların aparılması zəruriyyəti yaranmışdır.
Mən bir daha rəsmən bəyan edirəm ki, Müstəqil Azərbaycan Dövlətinin qurulması üçün Milli Azadlıq Hərəkatında iştirak etmiş bir fəalı, ictimai nəzarət funksiyasını həyata keçirən mətbu orqanın rəhbəri kimi çoxhörmətli cənab prezident İlham Əliyevdən, cənab nazir Oktay Şirəliyevdən və Baş prokuror cənab Zakir Qaralovdan bir daha xahiş edirəm ki, son 4 ildə Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verən həkim səhlankarlığına, maliyyə və digər qanunpozuntularının araşdılılmasına və günahkarların tezliklə müəyyənləşdirilərək əməllərinə hüqiqi qiymətin verilməsinə göstəriş verəsinz ki, digər sadə insanlar əzizlərini bizim kimi itirməsin, dövlət büdcəsindən hər ili 10 milyon manata dək pul korrupsiyalaşmış dəstə tərəfindən talan edilməsin. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Baş redaktor Məmməd ƏHMƏDOĞLU (mob.,0707111289, 0503598632)"
Iddia olunanlarl bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...