Saleh Məmmədovun qohumuna qarşı-İTTİHAM
Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyev Sarənc Nəsrəddin oğlu tərəfindən
Siam.az-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş müraciətində ağır ittihamlar səsləndirib:
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yaxın qohumu Zərdab Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi qanunsuzluğa yol versə də, ona gözün üstə qaşın var deyən yoxdur.
Belə ki, Zərdab rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması üçün keçirilən tenderin Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC qalibi olub. Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və iqtisadiyyat nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.
Qeyd edim ki, tenderin qalibi “İnşaat Serviz-2” MMC olsada Zərdab şəhər daxili yolları hazırda Zərdab rayon asfalt zavodu aparır.Bu isə açıq-aşkar cinayət əməlidir ki, Zərdab rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi edir. Çünki qanuna əsasən tenderi udmuş MMC özü vurmalıdır. Zərdab rayon Yol İstismarı İdarəsinin bu işləri görməsi tam qanunsuzluqdur. Hazırda Zərdab rayonunun mərkəzi küçələrinə Elman Cəvadinin müdiri olduğu idarə asfalt örtüyü vurur. Əgər bu işləri Zərdab rayon Yol İstismarı İdarəsi görürdüsə tenderi nə üçün “İnşaat Serviz-2” MMC udub ?
Bu maxinasiya ancaq dövlət vəsaitini talan etmək üçün edilib.
Hazırda Zərdab rayon Yol İstismarı İdarəsinin vuduğu asfalt örtüyünün qalınlığı sənəddə 6-7 sm qeyd edilsədə əslində 2-3 sm-dir ki, bunu adi üsulla ölçmək kifayətdir.Elman Cəvadi bu cinayət əməllərini Saleh Məmmədova arxayın olub edir.Çünki Elman Cəvadi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Əflatun adlı şöbə müdirinin yaxın qohumudur. Əflatun müəllim isə sədr Saleh Məmmədovun qudasıdır. Bu qohumluq əlaqəsi Elman Cəvadiyə qol-qanad verib deyə dövlətin ayırdığı vəsaiti atalan edib Zərdabda açıq-aşkar qanunları pozmaqla məşğul olur. Zərdabda asfalt vurma talançılığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun razılığyla həyata keçirilir. Çox xahiş edirəm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu cinayət faktını araşdırıb Zərdab rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadinin barəsində ciddi tədbir görsün".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 1-05-2020, 10:20