Alimpaşa müəllimin Şəhidlər Muzeyi bu gündədi-FOTOLAR

Alimpaşa qara maskalı görmədiyi üçün Şəhidlər Muzeyi bu gündədi-FOTOLAR


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eyni zamanda Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə diqqət və qayğısı hər kəsə bəllidi.

Amma gəl ki, gözləri rüşvət və kimsəsizlərin haqqını yeməklə örtülən bəzi icra başçıları hələ də ölkə Prezidentinin humanist addımlarından xəbərsizdirlər. Elə Şəmkirdə icra başçısı hərkəsin “Polad Ələmdar” ləqəbi taxdığı Alimpaşa Məmmədov da deyəsən qara maskalı qardaşın gözündən  uzaq düşdüyünü zənn edib, “Şəhidlər Parkı”nı belə bir hala saldırıb.

Vətəninfo.az xəbər verir ki,bu fotolar Şəmkirin Kür qəsəbəsinin girişinde lentə alınıb.  “Şəhidlər Muzeyi”nin ətrafındakı araq şüşələri, işlənmiş şprislər buranın sərxoş və narkomanların oylağına çevrilməsindən xəbər verir. O cümlədən fotolardan  da göründüyü kimi bura sahibsiz itlərin də sığınacaq yerinə çevrilib. Adam beləsinə deməyə söz də tapmır. Qeyd edek ki, ötən ilin yayında da Alimpaşa Məmmədov tərəfindən şəhidlərə hörmətsizlik edilmişdi. Belə ki, məhz onun göstərişi ilə bir enerjetik içkinin əyləncəli-tanıtım mərasimi rayon mərkəzindəki “20 yanvar”  abidə kompleksinin qarşısında keçirilmişdi. O vaxt da bu hadisə mətbuatda böyük səs-küyə səbəb olmuşdur.  Həmin videonu da tapıb sizə təqdim edəcəyik.

Amma görünən budur ki, Şəmkirə sabiq Vergilər naziri  Fazil Məmədovun adamı kimi təyin olunan “Polad Ələmdar” ləqəbli Alimpaşa ( xalq arasında Ceyranpaşa deyilir) görünür rayonu çalıb-talamaqdan, ölü canlar üzərindən pul qazanmaqdan gözlərinə görməzlik pərdəsi gəlib. Elə ona görə də Şəhidlər Muzeyini görmür.Deyəsən doğurdan da Alimpaşanın gözlərini açmaq üçün Qara maskalı qardaş Şəmkirə üz tutmalıdır.


Tarix: 4-05-2020, 12:32
Xəbəri paylaş





Xəbər lenti