Bu ölkə Qərbi Azərbaycan dövlətini tanıya bilər – Şok


Qafar Çaxmaqlının təşəbbüsü ilə qurulan Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının hüquqi bazası var. 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilər Zəngəzur mahalı və Dağlıq Qarabağa iddialarından əl çəkməli idilər. Bu gün isə Ermənistan nəinki şərtlərin üstündən xətt çəkib, hətta Naxçıvana da ərazi iddiaları ilə çıxış edir.

Turkustan.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs Qrupunun BAO-nun (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən video-konfransda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsini şərh edərkən deyib. O qeyd edib ki, bu, çox müsbət, lakin bir qədər gecikmiş təşəbbüsdür:

“Daha əvvəl də buna bənzər təşəbbüs irəli sürülmüşdü. Lakin təəssüf ki, başda maliyyə çatışmazlığı olmaqla, bir sıra səbəblərdən gerçəkləşdirilmədi. Bu gün Qafar Çaxmaqlının simasında belə bir təşəbbüsün irəli sürülməsini müsbət qiymətləndirirəm. Qafar bəy savadlı alim, ziyalı və kifayət qədər tanınan bir şəxsdir”.

İ.Tanrıverdi vurğulayıb ki, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasına artıq bir sıra yerlərdən dəstək gəlir:

“Dünən Rusiyanın Kursk vilayətindəki diaspor nümayəndəmiz Qasım Kərimov bu təşəbbüsə müsbət reaksiya verib. Artıq məsələ rus mətbuatında da işıqlandırılmaqdadır. Xəbəri eşidən tanınmış iş adamları maliyyə yardımları edəcəklərini bildiriblər. Əslində, maliyyə məsələsi bu gün çox önəmli bir nüansdır. Çünki istər təbliğat, istərsə də geniş platformaya çatdırmaq üçün maliyyə institutu formalaşdırılmalıdır. Düşünürəm ki, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının mövcudluğu üçün maliyyə dəstəyi lazımdır. Qasım müəllim ilk olaraq bu təşəbbüsə dəstək verib. Xüsusilə də Kursk vilayətində olan imkanlı azərbaycanlılara müraciət edib”.

İ.Tanrıverdi ermənilərin Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsinə münasibətindən də danışıb:

“Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsi xəbərindən Ermənistanda narahat olan qruplar var. Erməni lobbisi dünyada kifayət qədər nüfuza sahibdir. Yəni lobbi bu təşəbbüsün dəstək almaması üçün çalışacaq. Fikrimcə, Qərbi Azərbaycan (İrəvan) Respublikasının tanınması üçün siyasi baza var. Xüsusilə də qeyd edim ki, bu gün Pakistan Ermənistanı bir dövlət olaraq tanımır. Yəni Qərbi Azərbaycan (İrəvan) Respublikasına ilk siyasi dəstəyi də Pakistan verə bilər”.

Tarix: 12-05-2020, 00:03
Xəbəri paylaş





Xəbər lenti