Arif Seyidov ölkə Prezidentinə yalan məlumat verir-İTTİHAM

      
     Göygöl rayon İH açıqlama verib ki, bəs cənab Prezidentin korrupsiyaya qarşı apardığı mübarizəni dəstəkləyirik.
     Arif Seyidov sən və idarə etdiyin aparat bu yazdıqlarınızda səmimi deyilsiniz. 
Arif Seyidov sən bilərəkdən ölkə Prezidentinə yanlış məlumat verirsən. Arif Seyidov necə korrupsiyaya qarşı mübarizəni dəstəkləyirsən ki, bu mübarizəyə heç bir tövhən yoxdur. 
     Əksinə bu 14 illik fəaliyyətin dövründə içərisində qohumların da olan rayonun vəzifəli şəxsləri rüşvətxorluq etdiklərinə görə həbs ediliblər. İşdən azad ediliblər. 
   İndi ölkə ictimaiyyəti düşüb Əbülfəs Qarayevin üzərinə ki, necə olur müavinin rüşvət alır xəbərin olmur? Eyni sualları sənə də ünvanlasalar ki, necə olur idarə etdiyin rayonda korrupsiya tüğyan edir sənin xəbərin yoxdur? O zaman necə cavab verəcəksiniz?
     Ölkə Prezidentinə yerlərdə kömək etməli olan şəxs sizlərsiniz. Lakin sizə dəfələrlə müraciət etməyimə baxmayaraq 2014-cü il Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya hallarını araşdırmaq istəmirsiniz. Sual olunur niyə? Yoxsa həmin işin ucu gəlib sizə çatır? Nə üçün də nə üçün araşdırmırsınız?
    Arif Seyidov əgər ölkə Prezidentinin korrupsiyaya qarşı mübarizəsini gerçəkdən də dəstəkləyirsənsə, o zaman sən də onun kimi davran. Öz rəhbərlik etdiyin rayonun mədəniyyət şöbəsini yoxlatdır. Ölkə Prezidenti də hazırda mədəniyyət nazirliyini yoxlatdırır.  Əgər bunu edə bilsən, o zaman yazdır ki, bəs Prezidentin korrupsiyaya qarşı mübarizəsini dəstəkləyirəm. 
   İndiki halda dediyiniz sözlər, pafos xətrinə deyilmiş sözlərdir. Gerçək deyil. 

Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan baş leytenant. AVMVİB-nin üzvü. Hazırda müəllim işləyən, rayonun Üçtəpə kənd sakini Məmmədov Şahin.
Siam.az 
Tarix: 14-05-2020, 15:21
Xəbəri paylaş





Xəbər lenti