"Öz hesabımıza maşınlara maya qoyub koronavirusun dalınca gedirik" - Lənkəranda nə baş verir? - VİDEO



Lənkəran təcili tibbi yardım xidmətinin əməkdaşları istifadə etdikləri təcili tibbi yardım avtomobillərinin bərbad vəziyyətdə olduğunu, buna görə də əhali tərəfindən döyüldüklərini iddia edirlər.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Meydan TV”də yayılan görüntülərdə danışan şəxs, öz hesablarına təcili tibbi yardım avtomobillərini təmir etdirib koronavirusla mübarizə apardıqlarını bildirirlər: “Bizim “Nikolay”dan qalan maşınımızdır bu. Xəstə oksigen əvəzinə tüstü qəbul edir. Bizə heç bir ehtiyyat hissəsi verilmir. Cəmi 1 dənə təzə maşınımız (təcili tibbi yardım avtomobili) var, o da 2014-cü ildə verilib bizə, güya təzədir. 4 ildir ki, bu maşın bu vəziyyətdə qarajdadır. Heç kim yiyəlik etmir. Biz əhali ilə üzbə-üz davaya məcbur qalmışıq. Maşınlarımız bərbad vəziyyətdədir deyə davaya çıxırıq, döyülürük, söyülürük. Korona xəstəliyi ilə bağlı çox əziyytlər çəkirik. Öz hesabımıza maşınlara maya qoyuruq, bu xəstəliyin dalınca gedirik”.
Sözügedən kadrları təqdim edirik:

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Yeniavaz.com-a bildirdi ki, məsələdən xəbərdardırlar və araşdırılması üçün aidiyyatı şöbəyə yönləndirilib.
Tarix: 18-05-2020, 17:06
Xəbəri paylaş





Xəbər lenti