MINGƏÇEVIRDƏ QIDA TƏHLÜKƏSIZLIYI AGENTLIYININ ƏMƏKDAŞLARI “AT OYNADIR”-VIDEO

           
MINGƏÇEVIRDƏ QIDA TƏHLÜKƏSIZLIYI AGENTLIYININ ƏMƏKDAŞLARI “AT OYNADIR”-VIDEO
Bir-iki gün bundan öncə Mingəçevr şəhərində köhnə xəstəxananın həyəti adı ilə tanınan ərazidə fəaliyyət göstərən sallaqxanadan çəkilmiş və Deryaz.Az saytının elektron poçtuna göndərilmiş videoya diqqət yetirdikdə, hətta həmin sallaqxanada yaşananlarla bağlı çatdırılmış məlumatların mahiyyətinə fikir verdikdə, sanki şoka deyil, birbaşa “şökə düşməli” olduq. Məhz, buna da bir çox amillərin varlığı əsas səbəb oldu. Çatdırılan məlumatlarda qeyd olunur ki, lazımi göstəricilərə uyğun olmayan ünvanda fəaliyyət göstərən və bir növ antisanitariya mənbəyinə çevrilmiş sallaqxananın sahibi Bayram adlı şəxsdir. Deryaz.Az-ın əldə etdiyi bəzi məlumatlara görə bu şəxs sahib olduğu obyektini icarəyə verməklə bərabər, Qida Təhlükəsizliyi Agentliyinin Mingəçevir regional bölməsində səlahiyyət sahibi olan Allahverdi həkimlə, hətta yerli polis əməkdaşları ilə də işbirliyinə girir.

Qeyd olunan ünvanda yaşananlarla bağlı çatdırılan məlumatlarda vurğulanır ki, Qida Təhlükəsizliyi Agentliyinin Mingəçevir regional bölməsində səlahiyyət sahibi olan Allahverdi həkim, sallaxanada yaşanan hər cür eybəcərliyə, özbaşınalığa, qanunsuzluq hallarının varlığına və s. bu gün də göz yummaqda davam edir. Belə ki, bu şəxs baytarlıq sahəsi üzrə həkim olsa da, o, yerli polis əməkdaşları ilə işbirliyinə girir və şəhər ərazisində fəaliyyət göstərən hər ət kəsimi məntəqəsinin sahibini məcbur edir ki, onlar gündəlik kəsməli olduqları heyvanları xəstəxananın həyətindəki sallaqxanada kəssinlər. Həmin vaxt Allahverdi həkim hər kəsilən iribuynyzlu heyvana görə, ət kəsimi məntəqələrinin sahiblərindən 10 AZN pul alır. Məsələnin düşündürücü tərəfi o olur ki, kəsilmiş heyvanların ətlərini analiz edib onların yararlı olub-olmadığını müəyyən etməyə borclu olan Orxan adlı şəxs isə, bu yöndə heç bir addımını atmır və o da, hər ət kəsimi məntəqəsinin sahibindən 5 AZN pul alır. Çəkilişi həyata keçirilmiş sallaqxananın ümumi görkəminə və bu ünvanda yaşanan şəraitinin varlığına diqqət yetirdikdə müəyyən etmək olur ki, bu ünvan birbaşa antisanitariya mənbəyidir.

Deryaz.Az-ın əldə etdiyi başqa bir məlumatlara görə, Mingəçevir şəhəri ərazisində fəaliyyət göstərən hər ət kəsimi məntəqəsində lazımi şərait olsa da, Allahverdi həkim yerli polis əməkdaşlarının təsir imkanlarına söykənir və o, birbaşa özünün maddi maraqlarının təmin olunması yöndə belə bir addımlarını atır. Bu da onu söyləməyə əsas verir ki, Qoşqar Təhməzlinin rəhbərlik etdiyi Qida Təhlükəsizliyi Agentliyinə qarşı ictimai fikirdə böyük inamsızlıq hissi formalaşmaqdadır. Çünki, Qoşqar Təhməzlinin sədri olduğu bu quruma qarşı ilk vaxtlar kimlərsə müəyyən ümid hissi ilə yanaşsalar da, bu gün fərqli yanaşmanın varlığı müşahidə olunmaqdadır. Yəni, zaman keçdikcə belə bir ümid hissi, sanki ümidsizliyə doğru addım-addım yaxınlaşmağa başladı və bu gün də nəticə göz önündədir. Digər tərəfdən, hal-hazırda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıq əsasında, aidiyyəti dövlət qurumları korrupsiyaya, rüşvətxorluğa, bir sözlə hər cür qanunsuzluqlara qarşı ciddi mübarizə tədbirləri həyata keçirirlər. O halda sual oluna bilər ki, görəsən aparılan mübarizə tədbirlərinin Qida Təhlükəsizliyi Agentliyinə heç bir aidiyyatı yoxdurmu ki, Allahverdi həkim bu gün də Mingəçevirdə “at oynatmaq” davam edir?.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Teref.az



Tarix: 19-05-2020, 12:10
Xəbəri paylaş





Xəbər lenti