Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM


Əbülfəs Qarayevin daha bir oğru məmuru...
May ayının 8-də DTX-nin hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Mədəniyyət Nazirliyində keçirtdiyi xüsusi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və xidmət rəisi Zakir Sultanov həbs edildi.

Məhkəmə qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürüldü.

DTX-nin keçirtdiyi əməliyyat zamanı həbs edilən nazir müavini və xidmət rəisi ilə bağlı yaydığı videoçarxda isə ələ keçirilən dəlil sübutlar içərisində Regional Mədəniyyət İdarə rəislərinin hər ay nazir müavini Rafiq Bayramova verdikləri rüşvət siyahısı da yer alırdı.

Videoçarxda görüntülənən siyahıda Kürdəmir Regional Mədəniyyət İdarəsinin hər ay Rafiq Bayramova 9500 (doqquz min beş yüz) manat rüşvət verdiyi qeyd edilib.

Yayılan siyahıda olduğu kimi Kürdəmir Regional Mədəniyyət İdarəsi rəisi Elman Məmmədovun hər ay nazir müavininə 9500 manat vəsaiti verməsi isə maraqlı məqamlardan biridir. Belə görünür ki, ölkə mətbuatında zaman-zaman Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisinin korrupsiya əməlləri barədə dərc edilən məlumatlar həqiqətdir. Əks halda korrupsiyaya bulaşmayan idarə rəisinin hər ay 9500 manat vəsaiti nazir müavininə çatdırmasına başqa ad vermək olmur.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(azfakt.com)







Tarix: 21-05-2020, 15:21
Xəbəri paylaş





Xəbər lenti