Şəmkirdə başçı dəyişikliyi gözlənilir - İDDİA


Şəmkirdə başçı dəyişikliyi gözlənilir
"Yaxın günlərdə icra başçılarının dəyişdirilməsilə bağlı yeni dalğa start götürəcək". Bu barədə DİA.AZ-a hökumətdəki mənbə informasiya verib.

Qaynaq iddia edir ki, yenə də barəsində ən çox narazılıq olan icra başçılarının cəzalandırılması siyasətinə sədaqət nümayiş olunacaq. Dia.az-a deyilənlər:

"Alimpaşa Məmmədov Şəmkirin icra başçısı olaraq bu gün ən çox şikayət olunan icra başçılarının sırasında bəlkə də birincidir. Buna görə də ilk qurbanın məhz Şəmkir RİH rəhbəri olacağı istisna deyil".

Mənbə dəyişikliklərin həftə ərzində müşahidə olunacağını da qeyd edib.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
Tarix: 1-06-2020, 13:51
Xəbəri paylaş





Xəbər lenti