Gəncənin xanı da dövlətin pullarını belə dağıdır... - Görün, tenderləri kimlərə satır?

           
Gəncənin xanı da dövlətin pullarını belə dağıdır... - Görün, tenderləri kimlərə satır?
Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “PARK-XİYABAN” İstismar və Mühafizə İdarəsi 10.06.2020-ci il tarixdə abadlaşdırma xidmətləri haqqının ödənilməsi,dəftərxana və təsərüfat xərcləri,yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması və maşın və avadanlıqların satınalmaları üzrə keçirdiyi 4 lot tenderin qalibinin “SPEST MAX” Məhdud Məsuliyyətli Cəmiyyətinin olduğunu elan edib.

Qalib MMC sifarişçi dövlət qurumunun 40730 manat dəyərində abadlaşdırma xidmətləri haqqının ödənilməsini, 32680.8 manat məbləğində dəftərxana və təsərüfat xərclərinin,25824 manat məbləğində yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması,26459.6 manat dəyərində isə maşın və avadanlıqların satınalma işlərini həyata keçirməli olacaq.Qeyd edək ki,ümumi dəyəri 125 min manatdan çox olan bu satınalma prosesini həyata keçirmiş Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “PARK-XİYABAN” İstismar və Mühafizə İdarəsi tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu tələblərinə demək olar ki,ümumiyyətlə riayət olunmamaışdır.

Aktualinfi.org-un apardığı araşdırmalara görə kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “SPEST MAX” Məhdud Məsuliyyətli Cəmiyyəti 11.03.2020-ci il tarixdə Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı da Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ev 606-da göstərilib.Qanuni təmsilçisi Allahverdiyev Ramil Nəsib oğlu olan bu MMC göründüyü kimi cəmi 3 ay əvvəl yaradılıb.Bu üç ay da koronovirus pandemiyasına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə respublika ərazisində karantin rejimi elan olunduğu günlərə təsadüf edir.Yəni,bu aylarda bir çox dövlət və özəl müəssisələr iş fəaliyyətini dayandırmalı olub.Belə olan halda Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “PARK-XİYABAN” İstismar və Mühafizə İdarəsinin Tender Komissiyasını bu üç aylıq MMC ilə müəmmalı müqavilələr baglmağa nələr sövq edib. Kimə məxsusdur bu MMC?

Qanuni təmsilçisi olan Allahverdiyev Ramil Nəsib oğlu kimdir? Adı “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Ağcabədi rayonu üzrə noyabr ayında əməkhaqqı alan ictimai işçilərin siyahısında olan bir işsiz. Bəs bu işsizin adına yaradılmış MMC-ni görəsən kimlər idarə edir?

Qeyd edək ki,Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi Nazirlər Kabinetinin qərarı ilə 4 iyul 2014 cü il tarixdə Gəncə şəhərində yenidən qurulmuş və ərazisi genişləndirilmiş park kompleksinin infrastrukturunun qorunub saxlanılması, abadlaşdırılması, mühafizəsi və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə yaradılıb.
Tarix: 11-06-2020, 14:28
Xəbəri paylaş





Xəbər lenti