İcra başçısı məhkəməyə verildi - Çəkişmə...


İcra başçısı məhkəməyə verildi
Ağdam rayon İcra Hakimiyyətinin keçmiş başçısı Həsən Sarıyev və indiki icra başçısı Vaqif Həsənov məhkəməyə verilib.

Ağdam rayon sakini Həqiqət Mürsəl qızı Əliyeva rayon məhkəməsində iddia qaldırıb.

O, qeyd edib ki, Ağdam rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sarıyev Həsən Qaçay oğlu ilə mərhum əri Əliyev Zillət Gülməmməd oğlu arasında 17 mart 2008-ci il tarixli 35 saylı icarə müqaviləsi başlayıb.

Həqiqət Əliyeva yeni icra başçısını da məhkəməyə verib. O, indiki icra hakimiyyəti başçısı Vaqif Həsənov ilə “QRANKO” MMC arasında mübahisə predmetinə aid icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Həqiqət Əliyevanın iddia ərizəsinə Gəncə Kommersiya Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə baxılıb.

Hakim iddiaçının cavabdehlərə qarşı olan iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edib.

İddiaçı Həqiqət Əliyevaya izah olunub ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edilə bilər.
//Demokrat.az//
Tarix: 12-06-2020, 13:25
Xəbəri paylaş





Xəbər lenti