"Daşkəsəndə də desələr, ay korrupsiya, rüşvətxorluq..." — "Heç Daşkəsən “pasyolka” da deyil" (VİDEO)


Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev onun adına yayılan mülklərin siyahısına bu dəfə LAF TV-nin canlı efirində reaksiya verib.

 

Demokrat.az-ın xəbərinə görə, tanınmış jurnalist Afət Telmanqızının canlı yayımının qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub. Partiya sədri, verilişin mövzusuna uyğun məmur mülklərindən və bununla bağlı gündəmdə olan digər məsələlərdən bəhs edib. Bu zaman Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev canlı efirə qoşulub və o, barəsində “Demokrat.az”da dərc olunmuş  "Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı — ŞOK SİYAHI"  (http://demokrat.az/news/40570 başlıqlı yazıya bu cür münasibət bildirib:

 

“Mənimlə bağlı bəzi saytlarda yazılan əsasız, yalan, böhtan, uydurma şayiələr müəyyən qruplar tərəfindən qarayaxma kampaniyadır.  Bunlara mən açığın deyim, nifrət edirəm. Bu yalan, böhtanla bağlı Respublikanın Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişəm bunlar haqqında hüquqi tədbir görülsün” – deyə Ə.Abıyev deyib.

 

Jurnalist Afət Telmanqızının “Son vaxtlar əməliyyat keçirildi, icra başçılarının nə qədər mülkləri var, var-dövlətləri üzə çıxdı. Siz özünüz neçə ildir icra başçısısınız ? Ona görə də deyirlər ki, Əhəd müəllimin də ola bilər də malı, mülkü olsun. Daha doğrusu bir siyahı çıxardıblar ortaya...” kimi sözlərinə Əhəd Abıyevin cavabı maraqlı olub.

 

- Mən Daşkəsənin İcra başçısıyam. Heç Daşkəsən “pasyolka” da deyil. Heç Daşkəsəndə də desələr, ay korrupsiya, rüşvətxorluq... Bunlar cəfəngiyyatdır.  İnanın bunlar boş, cəfəngiyyat söhbətlərdir. Nətər olur mən rayondan çıxıram. Uzun müddət 15 il. Təzədən bunlar mənim haqqımda yazırlar köhnə tarixlə Masallıda bu qədər obyekt var. İndi sual edirəm? O rayon özü də hamısı başadüşəndi. Bir dənə çayxana, kafem də olsa, “srazı” yazarlar filankəsin kafesidir, çayxanasıdır.

 

Jurnalistin - “Deyirlər, Əhəd müəllimin öz adına deyil,  qohumlarının adına sənədləşdirilib” replikasına cavab verməyən başçı fikirlərini belə yekunlaşdırıb:

 

“15 ildə bir dəfə deyilmir, bir yerdə adı çəkilmir. Bir həftədi bunlar başlayıblar belə? Burada müəyyən şəxslər var, işi-gücü ancaq qara yaxmaq , şantaj, böhtandır”.

 

 

 

Zaur 

Demokrat.az

Tarix: 12-06-2020, 14:09
Xəbəri paylaş





Xəbər lenti