Tərtər Rayon Təhsil Şöbəsinin müdirinə və bəzi məktəblərin rəhbərlərinə töhmət verildi - SƏBƏB

Tərtər Rayon Təhsil Şöbəsinin müdirinə və bəzi məktəblərin rəhbərlərinə töhmət verildi
Tərtər rayonu ərazisində yerləşən bir neçə ümumi təhsil müəssisəsinin inzibati binalarının, həyətyanı sahələrinin, sinif otaqlarının təyinatı üzrə istifadə edilmədiyi barədə daxil olmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən yerində yoxlama aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı rayonun Azadqaraqoyunlu, Əskipara, Hacıqərvənd, Qapanlı və Bəyimsarov kənd məktəblərində qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmova və müvafiq məktəblərin rəhbərlərinə töhmət verilib, qeyd olunan halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə digər ümumi təhsil müəssisələrində də maarifləndirmə işinin aparılması tapşırılıb.
Tarix: 13-06-2020, 10:04
Xəbəri paylaş





Xəbər lenti