Daha bir icra başçısının ferması üzə çıxdı - FOTO

 

 Samuxun icra başçısı Alı Qocayev rayonun Ziyadlı kəndində böyük ferma sahibidir. İcra başçısı fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzəfisində çalışan xanımı Bənövşə Cəfərova Əkbər qızının adına rəsmiləşdirib.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
C.Həsənlinin bildirdiyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təqdim etdiyim çıxarışda qeyd olunur ki, Alı Qocayevin həyat yoldaşı 2017-ci il ildə Samux rayonunun Ziyadlı kəndində 3 hektar ərazidə sahəsi 372 kvadratmetr olan tövlə tikdirib: “ Yəqin ki, Qocayevlərin heyvandarlıq təsərrüfatı 3 hektar sahəsi olan ferma ilə məhdudlaşmır. Fermanın ən azımdan bundan qat-qat artıq örüş və biçin sahələri olmamış deyil. İcra başçısının həyat yoldaşı 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının üzvüdür...”   
Tarix: 14-06-2020, 10:12
Xəbəri paylaş





Xəbər lenti