Son vaxtlarda mətbuatda və sosial şəbəkələrdə Ağdam Rayon Təhsil Şöbəsi haqqında, konkret desək, şöbənin müdiri Mətanət Misirxanova haqqında yazılanların doğruluğu öz təsdiqini tapmaqdadır.
Məsələn,Mətanət Misirxanova ötən il pandemiya qaydalarını nəzərə almayaraq öz qızına nişan mərasimi keçirmiş və müvafiq qaydada cərimələnmiş, Təhsil Naziri tərəfindən 2020-ci ilin avqust ayından sayca 3-cü töhmətini almışdır (sonuncu şiddətli töhmət verilmişdir).
Dunyaninsesi.az-ın redaksiyasına daxil olan məlumata görə, bütün bunlara baxmayaraq, onun tabeliyində olan məktəblərdə yenə də qanunlar arxa plandadır. Öndə olan isə “gözəgörünməz” əllərin himayə etdiyi Mətanət “bacı”nın öz qanunlarıdır. Belə ki, Baki şəhərində fəaliyyət göstərən Ağdam rayon 71 saylı köçkün tam orta məktəbinin direktoru Ülviyyə Mahmudova karantin qaydalarını öz kollektivi ilə pozduğuna görə ümümilikdə 5000 manat cərimə edilib. Onun araxasında duran RTŞ-nin müdiri Mətanət Misirxanova bu faktı gizlətmiş və o məktəbin rəhbərliyinə heç bir cəza verilməmişdir. Əgər qanun pozuntusuna yol vermis direktora ən azından inzibati cəza verilsəydi, müddətli müqavilə ilə işləyən Ülviyyə Mahmudova vəzifəsindən azad oluna bilərdi. Amma “mərhəmətli” Mətanət “bacı”nın “sehirli çubuğu” burada xanım direktorun köməyinə çatıb və onu “hifz” edə bilib.
Bunlar azmış kimi 05 mart 2021-ci il tarixdə Mingəçevir şəhərində fəaliyyət göstərən Ağdam rayon 47 saylı köçkün tam məktəbin direktoru Zülfiyyə Əliyeva da “quşu gözündən vurub”. Belə ki, Mətanət “bacı”sına güvənən Zülfiyyə Əliyeva Təhsil nazirinin “8 mart” haqqında müvafiq əmrinin tələblərini, həmçinin mövcud karantin qaydalarını kobud şəkildə pozaraq məktəbdə pul yığmış (məktəb kollektivindən adambaşına10 manat) və azı 16 nəfər xanımın iştirakı ilə tort süfrəsi ətrafında tədbir keçirmişdir. Kütləviliyi ilə diqqət çəkən bayram tədbrində müəllimlər nə tibbi maskadan istifadə edib, nə də sosial məsafəni gözləyiblər.
Həmin çəkilmiş fotoları təqdim edirik:Bizi bilgiləndirən mənbənin məlumatına görə,Təhsil şöbəsinin müdirinin adamı olan Zülfiyyə Əliyeva hətta, dərs saatlarını belə pulla satır. Etiraz edənlərə isə deyir ki, boşuna özünüzü yormayın, mənim arxamda RTŞ-nin müdiri Mətanət Misirxanova, regionun məsul əməkdaşı Məhəmməd Aslanov və Təhsil Nazirliyində Eşqi Bağırov dayanır.
Onu da bildirək ki, eyni binada iki Ağdam məktəbi- 47 və 52 saylı məktəblər fəaliyyət göstərir. Rayonun 2 ayrı tam orta məktəbinin bir binada fəaliyyət göstərməsi təhsil üçün müəyyən edilən standartlara uyğun deyildir.
Maraqlıdır, görəsən, ümid işartılarının gözləndiyi Təhsil naziri Emin Əmrullayevin Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət “bacı”nın əməllərindən və onun xeyir-dua verdiyi rayon məktəblərində baş verən özbaşınalıqlardan xəbəri varmı?
Redaksiya olaraq Ağdam Rayon Təhsil Şöbəsinin və yazıda adıkeçən məktəb direktorlarının açıqlamalarını dərc edə bilərik.
Tarix: 16-03-2021, 08:55