İcra başçısı qazinin 20 min manatını alıb ...
Sözün düzü, Milli Məclisin deputatı olmuş, hazırda Daşkəsənin icra başçısı olan Əhəd Abıyevin cəmiyyətdə bu qədər gülüş hədəfinə çevrilməsi çox maraqlı mövzudur.
Yaxşı Kolumbiya dövlətinin bayrağını mənfur Ermənistanın bayrağı ilə səhv salıb kəllə atmağını başa düşdük.
Bəs görəsən, bu adam koronavirus sözünü niyə düzgün tələffüz edə bilmir ? Və təkrar-təkrar efirdə qaranavirus deyir. Bunu başa salan yoxdur ki, sən çayxana aşığı, ya da kolxozun çobanı deyilsən e, sabiq deputat, indi isə böyük bir rayonun rəhbərisən. Bu sözü ibtidai sinif şagirdləri düzgün tələffüz edir, bəs sən niyə tələffüz edə bilmirsən ?
Bəs deyirsən ki, rusca bülbül kimi ötürəm, ingiliscə çırtlayıram, həbəşcə mahnı oxuyuram. Bəs, niyə adi bir sözü tələffüz edə bilmirsən ?
Bu hələ harasıdır ?
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin koronavirus testindən keçməsi ilə bağlı açıqlaması sosial şəbəkələrdə gülüş doğurub. O, koronavirus testindən keçdiyini, nəticənin MÜSBƏT çıxdığını bildirib və çox sevincək olduğunu deyib.
Bu qədər savadsız olan birinin rayona rəhbərlik etməsi faciədir.
Amma almağın, verməyin elmini əla bilirsən. Hətta Aprel döyüşlərində Lələtəpə uğrunda qolunu itirmiş, hazırda yarımcan vəziyyətdə olan qaziyə 20 min manat ata bilirsən…
Daşkəsən sakini, 32 yaşlı Arzu Məmmədov 1-5 apreldə, Qarabağda Lələtəpə adlanan yüksəklik uğrunda gedən döyüşlərdə qolunu itirib, ayağından travma alıb, qulaqları yaxşı eşitmir. Daim müalicə almasa, ağrıları kəsmir. Üstəlik, evlidir və iki övladı var. Övladının biri görmə problemlidir. Deyir, döyüşlərdə top komandiri kimi iştirak edib.
Qazi yazır ki, icra başçısından ev istədim, o isə dedi ki, 20 min manat ödəməlisən: “İcra Hakimiyyəti mənə ev verəcəyini deyib, 20 min manatımı aldı. Aylardır ortada nə ev var, nə də pulumuzu alan şəxs”.
Əhəd Abıyev, bu şikayətə nə deyirsən ?
Səninlə bağlı şəhid anası nələr deyir, qazilər nələr deyir…
Sənin haqqında mətbuat yazır ki, Əhəd Abıyev fermerləri intihar həddinə çatdırıb.
Nə qədər torpaq, örüş yeri, otlaq, biçənək satmaq olar, Əhəd Abıyev ?
Barı Aprel döyüşündə canını qoymuş əsgərimizdən utan dəə. Onun pulunu niyə qaytarmırsan ?
Bu şikayətdən sonra Əhəd Abıyevin köməkçisi İlhamə Bayramovanı prokurorluq işçiləri həbs edib və az müddət sonra buraxıblar.
Görəsən ölkənin hüquq-mühafizə orqanları, prokurorluq hara baxır ? Axı, ortada konkret şikayət var, özü də 20 min manat rüşvət. Həm də qazidən alınıb.
Bir sözlə, Əhəd Abıyevin Daşkəsən camaatının başına açdığı tragikomediya bitmək bilmir.
İndi də Allah qoymasa, Əhəd Abıyev deyir ki, “hər şeyi çatdırmışam” yaxın vaxtlarda Cəlilabada icra başçısı gedəcəm.
Daşkəsənə icra başçısı gedəndə, “Başkəsən” gəldi, dedilər. Yəqin Cəlilabadı da zəlil gününə qoyarsan.
gundelik baki
https://teref.az/manset/188386-koronavirusa-qarnavirus-deyen-ehed-abiyev-.html
Tarix: 14-04-2021, 12:10