Mənim 7000 manat pulumu ələ keçirən məmur...-ŞİKAYƏT


Ucar rayonu Şıxəli Qurbanov küçəsi ev 6 sakini İslamov Cavid Şərafəddin oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:

"İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırov vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim 7000 manat pulumu ələ keçirərər qaytarmaq istəmir.
Mən 23 mart 2015-ci il tarixdən 20.02.2021-ci il tarixə kimi 6 il İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsində baş çavuş vəzifəsində işləmişəm. İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırov məni mühafizə zabiti işinə keçirmək üçün 2020-ci ilin oktyabr ayında məndən 7000 manat pul aldı. Hər dəfə tez bir zamanda işin düzələcək deyə-deyə məni aldadıb nə vəzifəyə təyin etmədi nədə ki, pulumu geri qaytarmadı. Sonda da məni hədəlyib dedi ki, mən idarənin rəisiyəm sənə yox mənə inanacaqlar hara istəyirsən şikayət et.
Mən belə bir korrupsionerlə işləməyin çətin olmasını bilib 20 fevral 2020-ci il tarixdə öz ərizəmlə işdən çıxdım.
Qeyd edim ki, İlqar Xıdırov öz vəzifə mövqeyindən sui-istifadə edib korrupsiya əməlləri ilə məşğul olur. İdarənin avtomobillərinə ayrılan dizel yanacağı saxtakarlıqla şişirdilərək satdırılır. İdarəyə məxsus 15 ədəd xidməti Pikap markalı avtomobillərinə saxtakarlıq edilib səddə qeyd edilir ki, hər 100 km məsafəyə 13 letr dizel sərf edir, ancaq əslində həmin maşınlar 100 km -ə 5 letr yanacaq sərf edir.Bu minvalla hər gün dizel yanacağı "Azpetrol" Yanacaq Doldurma Məntəqəsindən avtomobillərə doldurulub İdarənin həyətində yanacaq baklarından çıxarılaraq kənd texnikalarına letri 60 qəpiyə satılır.Bu minvalla İlqar Xıdırov bir ay ərzində yüzlərlə ton yanacaq satıb dövləti aldadıb küllü miqdarda vəsaiti talan edir.
Həmçinin mövsümü keçid zamanı idarənin təmiri üçün ayrılan pulu İlqar Xıdırov mənimsəyib, təmiri işçilərin vəsaiti hesabına etdirir.
İlqar Xıdırovun oğlu və özü dəyəri 100 min manatdan çox olan avtomobil idarə edirlər.
Belə bir korrupsionerin bu vəzifədə işləməsi dövlət adına ləkədir. Mənim mərhum atam Şərafətddin İslamov 1-ci qrup Qarabağ müharibəsi əlili olub.Polis zabiti vəzifəsində şərəflə işləyib şanlı polis adını həmişə uca tutub.
Prezident cənab İlham Əliyevdən xahiş edirəm mənim 7000 manat pulumu alıb aldadan, dövlətin vəsaitini talan edən İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırovun barəsində ciddi tədbirlər görüb onu məsuliyyətə cəlb edilməsinə tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 27-04-2021, 10:50
Xəbəri paylaş





Xəbər lenti