Saatlıda etiraz aksiyası - icra hakimiyyətinin binası qarşısında izdiham - VİDEO
Saatlı sakinləri rayonun İcra Hakimiyyəti qarşısında etiraz ediblər. Pravda.az xəbər verir ki, buna səbəb İcra Hakimiyyətində onların qəbul edilməməsidir:
Etiraz edən sakinlər bildirir ki, 16 ildir, İH-nin binasına gəlib-gedirlər, amma heç kim onlarla maraqlanmır:
"İşsiz qalmışıq, heç yerdə iş yoxdur. Əvvəllər, sabiq deputat Əflatun Amaşov bizi qəbul edirdi, dinləyirdi. İndiki deputat Əziz Ələkbərov heç üzə çıxmır. 10 ildir ki, məşğulluq mərkəzinin üzvüyəm. Nə zaman gəlsən, deyirlər iş yoxdur. Millətin xeyrinə heç nə etmirlər. Bu insanlar nə ilə dolansın? Mən 1 hektar yer tapa bilmirəm ki, əkin işləri aparım ailəmi dolandırım. Xahiş edirik, bələdiyyələr yoxlanılsın. Oradakı torpaqları yalnız dövlət işçiləri istifadə edir”
Tarix: 28-04-2021, 15:54