Salyanın icra başçısı Şorsulu kəndində yerləşən böyük vətən müharibəsi abidəsinin yerini obyekt kimi satıb?-Fotolar


Xəbəral.az xəbər verir ki, icra başçısı Sevindik Hətəmov, Salyan rayon Şorsulu kəndi ərazisində yerləşən Böyük Vətən Müharibəsi şəhidlərinin abidəsini sataraq qazanc əldə edib.
Belə ki, Şorsulu kəndində yerləşən abidənin ətrafı dağıdılaraq, obyekt yeri kimi yüksək çinli məmura baha qiymətə satılıb.
Mənbə iddia edir ki, həmçinin icra başçısı abidənin ətrafında yerləşən sərnişin dayanacağını belə yerli-dibli dağıtdıraraq, obyekt sahibinə verib.
Sevindik Hətəmov Salyan rayonunu şəxsi obyekti kimi istifadə edir və istədiyi abidəni həmçinin tarixi yerləri dağıtdıraraq həmin ərazini satılığa çıxarır.
Çox güman ki, həmin ərazini icra başçısı, bələdiyyə sədri və icra nümayəndəsinin əli ilə satıb
Xatırladaq ki, məlumatı Səlyandan olan sosial şəbəkə istifadəçiləri yayıb.
Sizlərə təqdim edəcəyimiz şəkillər Salyan rayonu Şorsulu kəndinin ərazisində çəkilib.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq
Xəbəral.az
Tarix: 8-05-2021, 13:22
Xəbəri paylaş





Xəbər lenti