İcra başçısının müavini vəzuifəsindən uzaqlaşdırıldı – FOTO



Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.
Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb.
"AzPolitika" xəbər verir ki, İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını "7times".az-a təsdiqləyib.
O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.


Tarix: 30-05-2021, 21:01
Xəbəri paylaş





Xəbər lenti