Meşəni məhv etdirdiyi deyilən deputatdan açıqlama - VİDEO
Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz rayonu, Köhnə Xudat bələdiyyəsi, Fərzəlioba kəndində yerləşən meşə fonduna məxsus ərazidəki ağacları məhv etdirdiyi iddia edilir.
Pravda.az-ın xəbərinə görə, bu iddia ilə jurnalist Cəmil Məmmədli çıxış edib.
Bildirilib ki, ərazi deputatın atası Adil Səlimovun adına rəsmiləşdirilib .
Qeyd olunub ki, E.Səlimov meyvə bağı saldırır.
Deputat Pravda.az-a açıqlamasında bu məsələnin ona aid olmadığını bildirib.