Tərtər rayonunda şəhidin xatirə abidəsinin açılışı olub


Tərtər rayonunda şəhidin xatirə abidəsinin açılışı olub

Tərtər rayon Seyidimli kəndində şəhid Aysənan Əsgər oğlu Abbasovun xatirə abidəsinin açılışı mərasimi keçirilib.
Siam.az-ın məlumatına görə, mərasimdə rayon ictimaiyyəti nümayəndələri, milli məclisin deputatı Sahib Alıyev, AĞ Partiya başqanı Tural Abbaslı, şəhidin silahdaşları və kənd sakinləri iştirak edib.
Şəhidin xatirəsinə ucaldılmış lövhənin açılışından öncə birinci Qarabağ müharibəsi dövründə şəhid olan kənd sakinlərinin xatirə lövhəsi, Aysənan Abbasovun adına inşa edilmiş ehsan bulağının açılışı olub.
Dövlət himnin səslənməsi ilə start götürən tədbirdə çıxış edənlər Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı zəfərdə şəhid və qazilərin böyük rolundan və Aysənan Abbasovun keçdiyi döyüş yolundan söhbət açıblar.
Sonda mərasim iştirakçıları şəhidin evini də ziyarət edib. Rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov və deputat Sahib Alıyev Tərtərdən olan qazilərlə görüşüb və onların problemlərin dinləyiblər.




Tarix: 12-06-2021, 23:57
Xəbəri paylaş





Xəbər lenti