Ucar Suvarma Sistemləri İdarəsi rəisi haqda ifşaedici faktlar- Video



Bir qrup Ucar rayon sakinləri yerli Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımovun qanunsuz əməllərini ifşa ediblər. Cumhuriyyet.net xəbər verir ki, sakinlər onun başının dövlət vəsaitini talan etməyə qarışdığı iddia edirlər. Şikayətçilər deyirlər ki, Ucarda kəndlər susuzluqdan yanır, əkinləri məhv olub, heyvandarlıq sıradan çıxır.
Ən əsas isə budur ki, Həsən Qasımovun korrupsiya əməlləri nəticəsində kəndlilər içməyə su belə tapmırlar. İçməyə suyu pulla alan kənd camaatının harayı ərşə çəkilsə də, onların səsini Melorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri eşitmək istəmir.
Rayonun Müsüslü, Qulabənd, Alpoud, Qazyan, Lək, Xalac və digər kəndlərində susuzluqdan təsərrüfatlar tamamilə məhv olub. Kəndlilər min-bir əziyyətlə əkib becərdikləri əkin sahələri, qoruqları susuzluqdan məhv olub.
Cumhuriyyet.net xəbər verir ki, dövlət vəsaitlərini yağmalayan idarə rəisinin Bakıda 8 yerdə mənzili var. Onlar kirayə verəərk pul qazanır.

 
Ağdaş rayon ərazisində isə 3 böyük mal-qoyun fermalarına sahib olub ki, burada 10 000 dən çox mal-qara saxlanılır. Bundan başqa, Ucar Suvarma Sistemləri İdarəsində adları işdə gedən, ancaq özləri işdə olmayan maaş kartları Həsən Qasımovun cibindədir.
Həmin şəxslər iş stajı yazılması üçün adlarını işə yazdırıb maaşlarının rəis Həsən Qasımov tərəfindən götürülməsinə razılaşıblar. Həmçinin, Ucar Suvarma Sistemləri İdarəsinə məxsus 4 ədəd təzə “Hunday” markalı texnika ancaq özəl işlərə cəlb edilib.
Məlumatda deyilir ki, lildən təmizləmə, torpaq bərkitmə, qazma, beton kanalların, nasos stansiyalarının, hidrotexniki qurğuların əsaslı təmiri adı ilə hər il dövlət büdcəsindən ayrılan külli miqdarda pulu təyinatı üzrə xərcləmədən talan edən Həsən Qasımov 35 il rəisi olduğu bu idarənin fəaliyyətini tamam iflic edib. Dizel nasoslarına, texnikalara ayrılan yanacaq satdırılıb mənimsənilir.
Kəndlərdə su kanallarını lil, kol-kos və qamış basıb ki, nəticədə də su quruyub, kəndlərə gedib çıxmır. Beton kanallarda, hidrotexniki qurğularda heç bir təmir işləri aparılmayıb. Elə kəndlər var ki, camaat qurunt sularını istifadə etmək məcburiyyətində qalıblar. Müraciəti imzalayan sakinlər – Allahverdiyev Behbud Tacəddin oğlu, Müsüslü kəndi Rəsulova Gülnaz Şaiq qızı, Müsüslü kəndi İsmayılov Sənan Nüsrət oğlu , Müsüslü kəndi Mirəliyeva Almara Əsəd qızı Qulabənd kəndi, Məmmədov Saleh Asif oğlu Qulabənd kəndi, Nurməmmədov Şahin Nurməmməd oğlu Bərgüşad kəndi, Məmmədov Kərəm Balabəy oğlu Bərgüşad kəndi, Novruzov Heydər Yaşar oğlu Bərgüşad kəndi, Qədirov Abdulqədir Salman oğlu Alpoud kəndi, Xəlilov Cəlil Mircəfər oğlu Alpod kəndi, Sadıqov Cəfər Sadıq oğlu Qazyan kəndi, Əliyev Davud Hüseyn oğlu Qazyan kəndi və digərləri dövlətdən yardım istəyir.
Cumhuriyyet.net bildirir ki, bu günlərdə Ucar sakini Şirinov Raqif Ayaz oğlu da Ucar Rayon Meliorasiya İdarəsinin rəhbərliyini ittiham edib.
Şikayətçi bildiri ki, idarə rəisi birbaşa vəzifəsilə məşğul olmaq, rayon torpaqlarının şoranlaşmasının qarşısını almaq əvəzinə bizneslə, fermer təsərrüfatı ilə məşğul olur, rayon ərazisindəki torpaq sahələrini zəbt edir: “Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoranlıq ağuşuna alıb, kənd təsərrüfatı məhv olmaq üzrədir.
Raqif Şirinov deyib ki, Həsən Qasımov yaxınları vasitəsilə ona hədə-qorxu gəldib, təhqir etdirib: “Belə ki, 29 may 2021-ci il tarixdə Həsən Qasımovun kürəkəni, “Azərişıq” ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu mənə dəfələrlə zəng edərək, ölümlə hədələdi və nalayiq şəkildə təhqir etdi. Bunu təsdiq edən səs yazısını təqdim edə bilərəm. Mən bu barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabiti mənim izahatımı aldı. Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini nalayiq söyüşlərlə təhqir etdi”.

Şikayətçi qeyd edir ki, idarə rəisinin oğlu da onu hədələyərək, təhqir edib: “Həmçinin, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu “Ucar Meliorasiya Servis”də mühəndis işləyən Nicat Qasımov da mənə dəfələrlə zəng edərək, ölümlə hədələyib və təhqir edib. Həsən Qasımov və onun ailə üzvləri dövlət qanunlarını saya salmırlar”.
Tarix: 17-06-2021, 09:40
Xəbəri paylaş





Xəbər lenti