Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 7400 manatını aldılar - VİDEO


Yevlax rayonu, Səmədabad kəndində yaşayan Kəlbəcərdən olan məcburi köçkün Binnət Abdullayev işədüzəltmə adı ilə aldadılıb.
 
Binnət Abdullayev iddia edir ki, o, tanışına güvənərək oğlunu işə düzəldəcəyinə inanıb və bunun üçün 7400 manat pul verib. Ancaq sonradan bütün bunların dələduzluq olduğunu görüb.
 
Onun iddiasına görə, qudasının Zaur adlı tanışı onun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə söz verib. Bunun müqabilində 7500 manat pul istəyib. Məbləğ yüksək olduğundan Binnət Abdullayev bankların birindən kredit almalı olub. O, 10 min manat kredit götürüb və pulun 7400 manatını həmin şəxsə verib.
 
2019-cu ildən bu günə qədər Binnət Abdullayev nə oğlunu işə düzəldə, nə də pulunu geri ala bilib. Onun iddiasına görə, pulu alan şəxs bir neçə dəfə onu Bakıda görüşə çağıraraq pulu qaytaracağını desə də, ortada bir nəticə yoxdur.
 
Binnət Abdullayevi aldadan şəxslə "Xəzər Xəbər" olaraq əlaqə saxlamaq istəsək də, onun heç bir telefon nömrəsinə zəng çatmadı.
 

Tarix: 20-02-2022, 09:08
Xəbəri paylaş





Xəbər lenti