Cəlilabad qeydiyyat şöbəsi və nigah evndə ağlagəlməz qanunsuzluq


Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 noyabr tarixli 13-N nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamənin ümumi müddəlar bölməsinin 2-ci hissəsində qeyd olunub ki, qeydiyyat şöbələri və nikah evləri öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ailə Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, nazirliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası ədliyyə nazirinin əmr və sərəncamlarını, habelə bu Əsasnamənin tələblərini rəhbər tutub fəaliyyətlərini davam etdirirlər. O halda sual oluna bilər ki, görəsən ölkəmizin şəhər və rayonlarındakı qeydiyyat şöbələri və nikah evləri öz fəaliyyətlərində qəbul olunmuş Əsasnamənin tələblərini əsas tuturlar, yoxsa özlərinə məxsus “qanunlar”la fəaliyyət göstərirlər?
Məsələ burasındadır ki, cumhuriyyet.az-a qeyd olunan belə bir dövlət qurumlarından bir çoxunun qanunsuzluğa söykənən fəaliyyətləri ilə bağlı xeyli məlumatlar daxil olub. Məsələn, belə qeydiyyat şöbələrindən biri də Cəlilabad rayon Qeydiyyat şöbəsidir. Uzun müddət idi ki, bəzi media qurumlarında bu rayonun Qeydiyyat şöbəsində baş verən bəzi qanunsuzluqlarla bağlı müəyyən söz-söhbətlər dolaşırdı. Düzdür, indiyə qədər bu dövlət qurumunda yaşananlarla bağlı redaksiyamıza daxil olan məlumatların varlığına o qədər də əhəmiyyət vermirdik. Amma, 23 iyun 2022-ci il tarixdə qol qoyulan qanunsuzluqla bağlı redaksiyamıza çatdırılan məlumatların varlığını eşitdikdə şoka deyil, sanki şija  düşməli olduq. Yəni, bəlli olan o oldu ki, Cəlilabad rayon Qeydiyyat şöbəsində rəis vəzifəsini icra edən Həsənov Xanverdi Əlifxan oğlu, yəqin ki, pul qazanmağın müqabilində “riskə gedib” elə bir qanunsuzluğa qol qoyur ki, bəlkə də baş verənlərin başqa bir qurumda bənzəri baş vermir. Bu olayda məsələ yalnız qanunsuzluqla bitmir. Beləki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Qanunsuzluğu həm də Zəfər Savaşında can qoymuş qəhrəmanlara sayğısızlıq müşayət edir. O halda sual oluna bilər ki, görəsən cənab Fikrət Məmmədov Xanverdi Həsənova həmin vəzifəni həvalə edərkən, ona qanunauyğun fəaliyyət göstərməyi, yoxsa qanunsuzluqlara rəvac verməyi tapşırıb? Mövzunu yaxın günlərdə təfərrüatı ilə təqdim edəcəyik.
Tarix: 3-04-2023, 11:05
Xəbəri paylaş





Xəbər lenti