Qusarın icra başçısının sanılı günləri qalıb... - Belə deyirlər...


 Qusar rayon İcra Hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.

Xatırladaq ki, buna qədər Qusar RİH rəhbəri Şair Alxasovun həbs olunacağı belə deyilirdi.

Bunu dia.az-a açıqlamasında qeyd edən mənbə maraqlı məqamlara da toxunub:

"Şair Alxasovun hansı korrupsiya əməllərinə yol verdiyi "yuxarılara" aydın olsa da, onunla bağlı sərt qərarlar verilməyəcək. Çünki Şair Alxasovun dövlət qarşısında müəyyən xidmətləri var. Bu fakt onun digər cinayət əməllərinə göz yumulmasının səbəbi kimi çıxış edə bilər. Ona görə də Şair Alxasovun həbsini yox, vəzifəsindən alınmasını, sakitcə yola salınmasını gözləmək lazımdır".

Mənbə iddia edir ki, sözügedən proses bu günlərdə baş tuta bilər.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

***

Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub.

1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ailəlidir, 1 oğlu, 2 qızı vardır.
Tarix: 22-03-2023, 16:41
Xəbəri paylaş





Xəbər lenti