3 kəndin sakinlərindən MÜRACİƏT- Əgər təcili tədbir görülməsə...




Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:



"Göyçay rayonu Cəyirli, Kürdəmiş və Qızılağac kəndlərinin əhalisinin istifadə etdiyi bir su arxı var.Ancaq həmin arxın üzərində yaxınlığnda çoxlu sayda ticarət və iaşə obyektləri inşa edilib əksər yerlərdə üzəri örtülüb.Buna görə suyun bol verilməsinə maneə yaranıb hər gün suya çirkab axıdılır.Su artan kimi daşıb həmin obyektlərə dolur deyə suyu az ölçüdə buraxırlar.Su azca artan kimi daşıb obyektləri basdığı üçün sahibləri şikayət edir deyə suyun verilməsini dayandırırlar.Nəticədə də 3 kəndin əhalisi zülm çəkir.

Həmçinin suya yaxın inşa edilmiş avtomobil yuma, təmiri sexlərinin və yeməkxanaların çirkabı 3 kəndin əhalisinin istifadə etdiyi su bərəsinə axıdılır.Buna görə 3 kəndin əhalisinin həyat və sağlamlığı təhlükədədir.3 kəndə gedən su arxının bu günə salınması əhaliyə təhqqirdir, cinayət əməlidir.Bir neçə işbaza görə 3 kənd əhalisi susuzluğa məhkum olunub həyatı ciddi təhlükədədir.Göyçay rayon rəhbərilinə bu barədə məlumat verilib hələki tədbir görülmür.

Prezident cənab İlham Əliyevdən xahiş edirik bu barədə təcili tədbir görülməsinə tapşırıq verəsiniz".

Məsələ ilə bağlı Siam.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Tarix: 29-03-2023, 10:26
Xəbəri paylaş





Xəbər lenti